Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Mənim ana dilim Azərbaycan dilidir

0

  • Mənim ana dilim! Bu o dildir ki, analarımız bizə beşik başında həyatın ən həzin simfoniyası olan laylanı bu dildə demişdir. Füzuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza canımıza hopmuşdur.
    Ana dili bizim müqəddəs sərvətimiz anamızın dilidir. Ömrümüzə məna verən, onu gözəlləşdirən əxlaq dərsliyidir. Ürəklərimizə hərarət gətirən, öz keçmişimizə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır.
    Dilsiz insan susuz səhralara bənzər. İnsan hələ körpə ikən dilin vasitəsi ilə ana laylasındakı doğmalığı duyur, hiss edir, eşitdiyi nağıllardakı hər sözün, hər ifadənin necə səsləndiyini öyrənməyə çalışır.
    Mənim ana dilim Azərbaycan dilidir. Üzərində boy atıb böyüdüyüm Vətənimin dilidir. Azərbaycan respublikasının dövlət dilidir.
    Dilimiz həm gözəl, həm də şirindir. Ən mürəkkəb fikirləri ifadə etməyə qadirdir.
    Səni şəfəq bildm bu cahanda mən,
    Bəzən şimşək olub qəzəblə çaxdın.
    İlk dəfə dünyaya göz açanda mən,
    Qəlbimə günəşin özüylə axdın.
    Azərbaycan dili Azərbaycan xalqının varlığıdır. Min ildən artıq tarixi olan bu dildə nə qədər gözəl əsərlər yaranmış, hikmətli fikirlər söylənmişdir. Dilimiz haqqında yazıçı M.İbrahimov yazırdı: Azərbaycan dili qanadlı xəyalları, coşqun ehtirasları, dərin fikirləri ifadə edə bilir. Bu dil gözəldir, cazibədardır, şeirlə, ahənglə, musiqi ilə doludur.
    Çox-çox əvvəllər dilimizə qarşı hücumlar olmuş, onu yasaq etmişlər. Ancaq öz mənəviyyatına hörmətlə yanaşan ziyalılarımız, sənətkarlarımız onu qorumuş, yox olmağa qoymamışlar. Hələ Şah İsmayıl Xətainin hakimiyyəti dövründə dilimiz dövlət dili səviyyəsinə yüksəlmiş, ondan diplomatik hərbi təlim dili kimi istifadə olunmuşdur.Uzun illər şair və yazıçılarımız bu dildə yazıb yaratmışlar. SSRİ dövründə ölkəmizdə Azərbaycan dili konstitusiyaya görə dövlət dili statusuna malik idi. Ancaq bəzi fasonlu ədabazlarımız öz dilimizdə danışmağı ar bilir, Rus dilində danışmağa üstünlük verirdilər. Unudulmaz şairimiz B.Vahabzadə həmişə belələrinə etiraz etmiş, xalqımızı öz şeirlərində dilimizi sevməyə, qorumağa çağırmışdır. Bəli insan öz dilini sevib qorumasa bir xalq kimi mövcud ola bilməz. İ.Həsənoğlu, Nəsimi , Xətai, Füzuli, Vidadi, Vaqif, M.F.Axundov, M.Ə.Sabir, C.Cabbarlı, S.Vurğun, R.Rza, N.Xəzri kimi dahi söz ustalarımız doğma dilimizdə gözəl sənət inciləri yaratmış və dilimizin saflığını qorumuşlar.Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan dilinə rəsmi dövlət dili statusu verilmişdir. İndi hər şey ana dilimizdədir. Hamımız onu sevir və qoruyuruq.
    Ulu Öndərimiz Heydər Əliyev 2001-ci il avqust ayının 9-da belə bir fərman imzaladı; 1 avqust hər il ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kmi qeyd olunsun. Bəli, hər il bu günü bayram günü kimi qeyd edirik. Dili yaşadan xalqdır, xalqı yaşadan dildir.
    Doğma dilim sən ki, varsan dünyada,
    Mən də varam! Söyləməyə haqlıyam.
    Anam! Ana dilim! Ana Vətənim!
    Mən bütün qəlbimlə sizə bağlıyam!
    Nataliya Yusifova,
    Xocalı rayon Meşəli kənd tam orta məktəbinin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi3 ay öncə
    İzlənib40 dəfə
    Mənim ana dilim Azərbaycan dilidir

    Maraqlı gələ bilər
    41