Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Milli Mətbuatın yaranması - Milli istiqlala doğru atılan ilk addım

0

  • El-obanın zülmət içində boğulduğu bir zamanda Həsən bəy Zərdabi ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün “Əkinçi “ni yaratdı.
    “Əkinçi “nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan. Milli Mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu oldu. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani yaxından iştirak etmişdir. "Əkinçi" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi
    və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. Qəzetdə təbiət elmləri və kənd təsərrüfatının inkişafı ilə
    bağlı elmi-kütləvi məqalələr verilirdi. "Əkinçi" Azərbaycandan kənarda da — Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə yayılırdı. Əsasən, maarifçilik missiyasını üzərinə
    götürmüş “Əkinçi “az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında arasında çox məhşurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri ilə qəzetlə
    əməkdaşlıq edib, müxtəlif məqalələrlə çıxış edirdilər. Lakin “Əkinçi “nin ömrü uzun sürmədi.
    Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai - siyasi proseslərə daha yaxından bələd olmasından çəkinməyə başladı. Beləliklə, qəzetin nəşrini dayandırdı. Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən bir sıra qəzet və jurnallar :”Ziya”, “Kəşkül”, “Şərqi - Rus”, “İrşad “, “Molla - Nəsirəddin” “Əkinçi “ənənələrini davam etdirdilər.XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə nəşr etdirdiyi ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti oldu. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin
    inkişafında xüsusi yeri olub. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. "Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər
    Sabir, Abbas Səhhət, Ömər Faiq Nemənzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bildi.Bu illər
    ərzində müxtəlif tənəzzül və intibah dövrü yaşayan Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynadı.
    1998-ci ilin avqust ayında Ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğvi Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verdi. Söz və mətbuat azadlığının əsası
    qoyuldu. Ümumilli lider Heydər Əliyevin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirildi, mətbuat - dövlət
    münasibətlərində mütərəqqi ənənələrin əsası qoyuldu.
    Ulu öndərin mətbuat və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam olaraq təmin olunub. Təsadüfi deyil ki, hal - hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet - qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.
    İkinci Qarabağ müharibəsi zamanı və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mətbuatın rolu və jurnalistlərin
    əvəzolunmaz fəaliyyəti danılmazdır. Onların peşəkarlığı, fədakarlığı və çevikliyi sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törətdiyi hərbi cinayətlər haqqında dolğun məlumatlar çaatdırıldı.
    Bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına
    çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol
    oynayırlar.
    Milli özünüdərkin bərqərar olunmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və
    ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir.
    Sevda Məmmədova,
    Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin
    müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib50 dəfə
    Milli Mətbuatın yaranması Milli istiqlala doğru atılan ilk addım

    Maraqlı gələ bilər
    99
    164
    79