Bu gün - oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.
xocalininsesi.az xəbər verir ki, Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan qəsəbənin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.
Qeyd edək ki, 2020-ci il oktyabrın 21-də Zəngilan rayonunun Mincivan qəsəbəsi ilə yanaşı, rayonun 13 kəndi - Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.
Eyni zamanda, Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad edib.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti və xalqımızın nümayiş etdirdiyi birlik sayəsində cəmi 44 gün ərzində 30 il işğal altında qalan ərazilər düşməndən təmizlənib və ölkəmizin ərazi bütövlüyü bərpa edilib.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionda davamlı sülhün bərqərar olunması üçün Ermənistana sülh təklif edib. Lakin Ermənistan Azərbaycanın uzatdığı sülh əlini geri çevirib və ərazilərimizdə terror aktları və təxribatlar törətməyə davam edib. Buna cavab olaraq, Azərbaycan lokal xarakterli antiterror tədbirləri başladıb. 24 saatdan az müddətdə erməni separatçıları Azərbaycan Ordusunun gücü qarşısında təslim olmaq məcburiyyətində qalıblar.
Nəticədə, Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyublar, döyüş mövqelərindən və hərbi postlardan çıxdılar və tam şəkildə tərksilah olunublar. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildib, separatçıların əsas rəhbərləri həbs edilib və Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa edib.
xocalininsesi.az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə: https://news.milli.az/country/1241294.html