Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Möhtəşəm Zəfərin paradı!

0

  • Azərbaycan xalqı tarix boyu əzəli vətən torpaqlarını qorumaq üçün mərdliklə vuruşub, qanı və canı bahasına öncə müstəqilliyimizi qurmağa, sonra isə onu qorumağa çalışıb. Bu zaman ərzində soyqırımlara da məruz qalıb, müəyyən dövrlərdə müstəqilliyimiz də əlimizdən alınıb. Lakin bunların heç biri millətimizin mübarizə əzmini qırmayıb. Hər keçən gün mübarizə və müstəqillik hisslərimizi daha da artırıb.
    2020-ci ilin 27 sentyabrda başlayan və 44 gün davam edən müharibədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, Şuşa da dxil olmaqla 30 ilə yaxın işğal altında olan ərazilərini yenidən nəzarət altına almışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximiz qızıl hərflərlə yazıldı.
    Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq, Ermənistanı məğlub edərək işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir.
    Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, ədalət zəfər çalsın və buna nail olduq.
    Bəli, bu gün Qarabağ Azərbaycandır!
    Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə keçirilən Zəfər paradı da tarixə əbədi həkk edilən hadisədir.
    Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərindən fərqli idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu tarixi hadisədir”.
    Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının ilk olaraq gətirildiyi Vətən müharibəsində möhtəşəm Qələbəmizə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçnin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Qənimət kimi ələ keçirilmiş düşmənin hərbi texnikasının bir qisminin Zəfər paradında nümayiş olunması ,eyni zamanda paytaxtın Xətai rayonunda yaradılan və 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkı müharibənin miqyasının, Qələbəmizin isə möhtəşəmliyini göstərir.
    Azərbaycan Silahlı Qüvvələrinin qələbəsini bəyan etməklə yanaşı,bu parad həm də Ordumuzun gücünün, qüdrətinin nümayişi idi.
    Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən 17 ildə uğurla davam etdirilib.
    Azərbaycan Silahli Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam – intizama malik bir quruma çevrilib. Zəfər paradında xalqımızın yaşadığı qürur yaddaşlara əbədilik həkk olundu. Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi.
    Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, Rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından
    keçən igid oğullarımıza minnətdarıq!
    Aynur Bünyatova,
    Xocalı rayon Kosalar kənd tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi11 ay öncə
    İzlənib186 dəfə
    Möhtəşəm Zəfərin paradı!

    Maraqlı gələ bilər
    11
    43
    49
    255
    48
    61