Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır” mövzusunda tədbir keçiririldi

0

  • 25.04.2024-cü il tarixdə Xocalı şəhər 1 saylı tam orta məktəbində “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır” mövzusunda tədbir keçiririlib.
    Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Xocalı rayon Polis Şöbəsinin və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun əməkdaşları, Xocalı şəhər 1 saylı tam orta məktəbin pedaqoji kollektivi, IX, X, XI sinif şagirdləri və valideynlər iştirak ediblər.
    Tədbirdə çıxış edən Lamiyə Qarayeva və digər natiqlər narkotik vasitələrin və psixotrop maddələrin cəmiyyət, insan sağlamlığı üçün yaratdığı problemlərdən danışıblar. Bəşəri bəla olan narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizə çərçivəsində görülən işlərdən, həyata keçirilən tədbirlərdən söz açıblar.
    Daha sonra çıxış edən Xocalı şəhər 1 saylı tam orta məktəbin direktoru Nəvai Həsənov keçirilən maarifləndirmə tədbirlərini yüksək qiymətləndirərək qeyd edib ki, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir.
    Sonda narkomaniya ilə mübarizəyə həsr olunmuş “Həyat naminə” qısametrajlı filmi nümayiş olunub.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi8 ay öncə
    İzlənib196 dəfə
    “narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır” mövzusunda tədbir keçiririldi

    Maraqlı gələ bilər
    128
    154
    137
    58
    47
    32
    58
    55