Novruz bir bayram kimi baharın gəlməsi münasibəti ilə qeyd olunur və sevincli bir hala – qışın qurtarmasına və baharın gəlməsinə həsr olunur.
Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır. Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla – Zərdüşt peyğəmbərimizin yaşadığı dövrə bağlayır, onun yaşının ən azı 3700, ən çoxu isə 5000 ilə bərabər edirlər.
İslam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışırlar. Ancaq ...Novruzun İslamdan da əvvəl yaranmasını görkəmli maarifçilərdən Firdovsi, Rudaki, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq edirlər. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılarda Nizaminin “Siyasətnamə”sinidə , Ömər Xəyyamın “Novoruznamə”sinidə və başqalarının əsərlərində rast gəlmək olar.
və başqalarını qeyd etmək olar.
Təbiətin, həyatın oyanması Novruzdan başlayır. Azərbaycan xalqı bu bayramı Novruzun gəlişinə ən azı dörd həftə qalmış qeyd etməyə başlayır. Belə ki, 21 Mart tarixinədək hər həftə bir çərşənbə - Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi, və Torpaq çərşənbəsi qeyd olunur. Novruz bayramı ənənələrdən biri xalq oyun tamaşalarıdır ki, bunlardan “Xıdır İyas”, “Kosa-kosa”, meydan məzəli oyunu , qulaq falı və s.qeyd etmək olar.
Azərbaycan bir odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malikdir. Novruz bayramınadək hər çərşənbə tonqallar qalanır . Novruzdan əvvəl ilaxır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqal ətrafına toplaşar və köhnə ilin ağırlığını tonqalların üstündən atılaraq rəmzi olaraq yandırmış sayılırlar.
Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə mütləq “S” hərfi ilə başlayan yeddi növ təam olmalıdır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və sairə nemətlər olmalıdır. Bunlardan başqa masanın üzərində güzgü və şamlar qoyulur. Güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənaları var: Şam-od, işıq deməkdir, güzgü isə aydınlıq deməkdir. Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Əgər bayram günü evdə olmasan yeddi il evdə olmayacaqsan. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od. İşıq bədbəxtlik əlamətidir. Novruzda bütün küsülülər barışmalıdır. Novruz şən və sevimli bayramdır. Novruz xalqımızın bütün ənənələrini özündə cəmləşdirən bayramdır.
Zoya Abbasova,
Xocalı şəhər 1 nömrəli tam orta məktəbin müəllimi