Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Noyabrın 12-si Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür

0

  • Qədim dövlətçilik ənənəsinə malik Azərbaycanın şanlı tarixində önəmli hadisələrdən biri müstəqil Azərbaycan Respublikasının Konustitusiyasının qəbul olunmasıdır. Demokratiyanın və ya xalq hakimiyətinin təstiq olunduğu konstitusiyanın ilk dəfə ABŞ-da qəbul olunmasına baxmayaraq, sovet əsarətindən təzəcə çıxmış Azərbaycan Respublikasının da qəbul etməsi mütərəqqi bir hadisədir. Konstitusiya sözü qurmaq, təsis etmək kimi mənaları ifadə etməklə yanaşı, hər bir xalqın müstəqilliyini də özündə ehtiva edir. Ölkəmizdə ilk konstisusiya 1921-ci ildə sovet hakimiyətinin prinsiplərinə uyğunlaşdırılmış formada qəbul edilib. Bu konstisusiyaya müəyyən dəyişikliklər olmaq şərti ilə 1937-1978-ci illərdə təkrar-təkrar qüvvəyə minmişdir. Totalitar bir rejimin mövcud olduğu sovet Rusyasında əlbəttə ki, azadlığın əsas şərtlərindən biri olan konstisusiyanın özləri öz qüvvəsini itirmiş, tərkibində olan xalqların azadlıqları əllərindən alınmış hüquq və haqları tapdalanmışdır. Lakin 1991-ci ildə müstəqillik qazanmış gənc Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin başçılığı ilə tez bir zamanda təşəbbüsü ələ almış başqalarına nümunə olacaq dərəcədə sürətli inkişafa başlamışdır bu inkişafın nəticələrindən biri də bu gün Azərbaycan xalqının hüquqi təminatçısına çevrilən konstisusiyamızın qəbul edilməsidir. 1991-ci ildə əsarətdən yenicə xilas olmuş qaçqın və məcburi köçkünlərlə baş-başa qalmış ölkəmiz nəhayət, 1993-cü ildə xalqımızın seçimi ilə hakimiyyətə dəvət olunmuş ümummilli lider Heydər Əliyevin qəti tədbirləri ilə nəhayətə varmışdır. Heydər Əliyev dövlət və dövlətçiliyə məxsus bütün əlamətlərin mövcud olduğu bir siyasətin davamı kimi konstisusiyanın qəbulunuda xalqımızın seçiminə təqdim etmişdir. Bunun üçün 1993-cü ildə konstisusiya komissiyası təşkil etmiş referendumları həyata keçirmişdir. Nəhayət, 1995-ci ildə 12 Noyabrda ümümi xalq səs vermə yolu ilə Azərbaycan Respublikasının Konstisusiyası qəbul olunmuşdur. Həmin konstisusiya ki, 5 fəsil, 12 bölmə, 158 maddədən ibarətdir. 3 fəslin təkcə insan həyatı hüquqlarının qorunmasına yönəlməsi konstisusiyamızın xalqımıza hansı dəyəri verdiyini təssəvür etməkdə hər bir vətəndaşımıza aydınlıq gətirməkdədir. Əsas qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək kimi nailiyyətlər təsbit olunmuşdur. Onu da qeyd edək ki, Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev həmin konstisusiyamızın suverenlik və ərazi bütövlüyü prinsiplərini də aliliyi düşmənə xatırlatmış qalib ordumuzun köməyilə 30 ilə yaxın düşmən tapdağında qalmış torpaqlarımızı azad etmiş, tarixi ədaləti bərpa etmiş, gücümüzü bütün dünyaya nümayiş etdirmişdir. Sonda 12 Noyabr Konstisusiya Günü münasibətilə bütün xalqımızı təbrik edir və cansağlığı, uğur və müvəffəqiyyətlər diləyirəm!

    Qoşqar Orucov,
    Xocalı şəhər 5 saylı tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməSiyasət
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi11 ay öncə
    İzlənib79 dəfə
    Noyabrın 12 si Azərbaycan Respublikasının əsas qanununun Konstitusiyanın qəbul edildiyi gündür

    Maraqlı gələ bilər
    55