Prezident İlham Əliyev "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
xocalininsesi.az AZƏRTAC-a istinadən bildirir ki, bununla əlaqədar olaraq "Dövlət rüsumu haqqında" qanuna 22.0.34-2-ci maddə əlavə edilib.
Qanuna əsasən, Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən ödəniş təşkilatı 2 000 manat dövlət rüsumu ödəyəcək.
Bundan başqa, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən elektron pul təşkilatından 3 000 manat, operatordan isə 2 500 manat rüsum alınacaq.
xocalininsesi.az Mənbə: https://news.milli.az/country/1170007.html