Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Okeanın o tayından edilən xahiş - ABŞ niyə narahatdır?

0

  • ABŞ və Qərb Rusiya ilə bağlı planlarını həyata keçirmək üçün Cənubi Qafqazdakı ölkələrə təzyiq edir. Azərbaycana diqtə etməyin mümkünsüz olduğunu görən bu ölkələr Ermənistandan istifadə edir. Onsuz da son zamanlar Qərbə meyillənən Ermənistan Rusiyadan acıq çıxmaq üçün Qərbdən iki əlli yapışıb. Makronun ətəyinə dolanan Ermənistan hirsi uğrunda qurban getdiyinin fərqində belə deyil.
    Makron Ermənistanı silahlandırır, Azərbaycana qarşı sanksiya təklifləri irəli sürür, ABŞ isə xeyriyyə adı altında yaratdığı təşkilatlar vasitəsi ilə ölkəmizdə cəmiyyəti parçalamağa, nifaq salmağa çalışır. Son günlər bunun nümunəsini "Abzas media" ilə bağlı məlumatlarda aşkar görürük. Belə ki, "Abzas Media"nın guya "müstəqil KİV olduğu və direktor Ülvi Həsənlinin də məhz "həqiqəti yazdığına görə həbs edildiyi deyilir. İddialara görə guya "Abzas Media" "ölkədəki korrupsiya hallarını araşdırdığı üçün susdurulub". Reallığın fərqli olduğu, həmin şəxslərin USAID və digər ABŞ şirkətləri ilə əlaqələri üzə çıxıb.

    Bundan əlavə, ABŞ-ın Azərbaycandakı səfirliyi ölkədəki bir qrup "təsir agenti"ni toplayaraq onlara yeni təlimatlar vermək niyyətində idi. Guya Amerikada təhsil almış bir qrup azərbaycanlı məzunlarla JW Marriott Absheron" hotelində görüş keçiriləcəkdi. Şübhəsiz ki, bu görüşün məqsədi Vaşinqtonun Azərbaycandakı təsir elementlərinə yeni təlimatların verilməsi idi. Lakin, qəfil qərarla "Məzunların yubiley qalası" qeyri-müəyyən vaxtadək təxirə salınıb.
    Dünən isə ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Prezident ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımların Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurduğunu qeyd edib. Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib. Danışıqlar zamanı tərəflər, həmçinin noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünə dair fikir mübadiləsi aparıblar.
    Son proseslər göstərir ki, Azərbaycan mövqeyində qətidir, sülhün tərəfdarıdır, ədalətsizliyi qəbul etmir, əsassız iddiaları rədd edir. Bölgədə sabitlik və əminamanlıq Ermənistanla sülh müqaviləsinin imzalanmasından keçir. Bunu Ermənistan və ona "dəstək" verən ölkələr də bilməlidir.
    İslam
    xocalininsesi.az

    Mənbə: https://news.milli.az/politics/1161930.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməDigər
    KateqoriyaHava
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi11 ay öncə
    İzlənib77 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    157
    50
    0