Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ölkəmiz demokratiya və inkişaf yollarında mətin addımlarla irəliləyir

0

  • Demokratiya yoluna qədəm qoymuş hər bir ölkə belə bir cəmiyyətin qurulması üçün mütləq dəyişikliyə, yəni islahatlara, getməlidir. Bunlarsız demokratiya yolunda heç nəyi reallaşdırmaq mümkün deyildir. Ölkəmiz 1991 - ci ilin oktyabrında öz müstəqilliyini yenidən bərpa etdi və keçmiş ənənyə sadiq qalaraq bundan sonra da demokratiya yolu ilə addımlamağı qarşısına məqsəd qoydu. Bizim azad, müstəqil yaşamağımızı qəbul etməyən qüvvələr qarşımızda böyük əngəllər yaratmağa başladılar. Ölkədə ciddi cəhdlə hakimiyyət böhranı yaradıb yenicə qovuşduğumuz müstəqilliyimizi əvvəl olduğu kimi elə beşikdəcə boğmağa çalışdılar. Onlar bu məkrli işlərini həyata keçirmək üçün Azərbaycanda kök salmış anti milli qüvvələrdən istifadə etməyə başladılar. Məhz bu yarıtmaz siyasət nəticəsində ölkə vətəndaş müharibəsi həddinə gəlib çatdı. Hakimiyyət uğrunda gedən mübarizə ölkənin müdafiəsini arxa plana keçirdi. Azərbaycan torpaqları bir - birinin ardınca imperiya nökərləri olan Ermənistanın quldur silahlı dəstələri tərəfindən işğal olundu. Ölkəmizi xaos, özbaşınalıq öz girdabına aldı. Bu məqamda xalq öz xilaskarı olan Ümummilli Lider Heydər Əliyevi millətin və dövlətin xilası üçün Bakıya çağırdı. Bu ağır günlərdə bütün çətinliklərə sinə gərən Ümummilli Lider xalqın çağırışını qəbul edib onu yaranmış ağır vəziyyətdən xilas etdi. 10 mart 2020 - ci il tarixdə 6 - cı çağırış Milli Məclisin ilk iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqribən 30 ilə yaxın zaman kəsiyində ölkəmizin keçdiyi yola bir daha nəzər salmağın vacibliyini vurğuladı. O, islahatlara başlandığını və bu islahatların bundan sonrakı dövrdə də daha sürətlə davam etdirilməsinin zəruri olduğunu vurğuladı. Ölkə başçısı islahatların şaxələndirilib bütün sferalarda inkişaf etdirilməsinin zamanın tələbi olmasını vurğuladı. Azərbaycan Prezidenti ölkəmizin xarici siyasət məsələlərində də xeyli irəliləyiş əldə etdiyini qeyd etdi. Ölkədə keçirilən Parlament seçkilərinin şəffaf şəkildə keçirilməsini qeyd edən Avropa Şürası faktiki olaraq seçkilərin nəticələrini tanıdıqlarını elan etmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq tribunalarda da ölkəmizin söz sahibi olduğunu da vurğuladı. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır, nöqtə" kimi sərsəm bəyanatına qarşı Valdayda Nikol Paşinyanın üzünə qarşı dediyi "Qarabağ Azərbaycandır, nida" sözləri parlaq şəkildə sübut edirdi.
    Azərbaycan Prezidenti İlham Əliyevin 6 - cı çağırış Milli Məclisin ilk iclasındakı çıxışı əslində 10 noyabr 2020- ci il tarixli Üçtərəfli Bəyanatın müjdəçisi idi. Ölkə başçısı tərəfindən startı verilən islahatların möhtəşəm nəticələrindən biri məhz Qarabağ zəfəri oldu. Artıq ölkəmizdə islahatlar günbəgün öz bəhrəsini verməkdədir. İqtisadiyyatın bütün sahələrində irəliləyişlər hiss olunmaqdadır. İşğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri davam etdirilir. Bütün bunların nəticələri öz bəhrəsini verməkdədir. Ölkəmiz demokratiya və inkişaf yollarında mətin addımlarla irəliləyir. Qeyd olunanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin və məqsədyönlü xarici və daxili siyasətinin məntiqi nəticəsidir.
    Ziya Əliyev,
    Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi8 ay öncə
    İzlənib156 dəfə
    Ölkəmiz demokratiya inkişaf yollarında mətin addımlarla irəliləyir

    Maraqlı gələ bilər
    188
    52
    45
    48
    310
    49