Azərbaycan həmişə qonşuluq prinsiplərinə sadiq qalan ölkələrdən hesab olunur. Çünki bu hal bizə əcdadlarımızdan miras qalmışdır. Xalqımızın mentalitetində də qonşu müqəddəs sayılmışdır. Bu prinsip bizim tariximizdə, folklorumuzda, məişətimizdə hər addımda özünü büruzə verir. Qonşuluq münasibətləri istər fərdi qaydada, istərsə də umumi qaydada dinc yanaşı yaşamağın əsasını təşkil edir. Bu prinsiplər dövlətlərarası münasibətlərdə də belədir və nə yazıq ki, bütün bunları mənfur qonşularımız olan ermənilər haqqında demək mümkün deyildir. Vaxtilə öz dədə - baba torpaqlarımızda yer verdiyimiz, ocağımızın başında oturtduğumuz nankor qonşularımız zaman - zaman əllərinə fürsət düşdükcə kürəyimizə bıçaq saplamışlar. Təkcə 20 - ci əsrdə erməni quldurları dəfələrlə xalqımıza qarşı soyqırımlar törətmişlər. Sonuncu soyqırım hadisəsi 1992 - ci ilin fevral ayında baş vermişdir ki, bu da tarixə Xocalı qətliamı kimi düşmüşdür. Təəssüflər olsun ki, dünya birliyi bu faciəni hələ də layiqincə qiymətləndirməyib və erməni faşistləri öz layiqli cəzalarını almayıblar. Ölkəmiz digər qonşu dövlətlərlə münasibətdə dinc - yanaşı yaşamaq prinsiplərinə üstünlük verir. Bunların arasında şimal qonşumuz olan Rusiya Federasiyası da vardır. Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələr 1992 - ci ilin aprel ayının 4 - də qurulub. 1992 - ci ilin 25 sentyabrında Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997 - ci il iyulun 3 - də imzalanan "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə"dir. 2002 - ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə iki ölkə arasındakı münasibətlər daha da genişlənib. 2022 - ci il fevralın 22 - də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti" Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanaraq keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə qaldırılıb. Rusiya ilə Azərbaycan arasındakı dostluq münasibətləri bu gün də davam etməkdədir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024 - cü ilin aprel ayının 22 - də Rusiyaya növbəti səfəri münasibətləri daha da möhkəmləndirməyə xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü səmimi dostluq və qarşılıqlı hörmət şəraitində keçmişdir. Qeyd olunmuşdur ki, ölkələrimiz arasındakı münasibətlərdə bütün sahələrdə inkişaf müşahidə edilməkdədir. Təkcə onu qeyd etmək olar ki, iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard manatdır ki, bu digər dövlətlərlə münasibətdə daha böyük rəqəmdir Səfər çərçivəsində Azərbaycan Prezidenti əsrin tikintisi adlandırılan Baykal - Amur Magistralının 50 illiyinə həsr olunmuş tədbirdə də iştirak etmişdir. Tikintisinə 1974 - cü ildə başlanılmış bu dəmiryol xəttinin ərsəyə gəlməsində Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. BAM - ın tikintisi şəraitin ağırlığından ləng gedirdi. Tikintiyə rəhbərlik edən komissiyasına sədrlik 1982 - ci ildən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilən Heydər Əliyevə tapşırıldı. Özünün işgüzarlığı, qətiyyəti, uzaqgörənliyi ilə seçilən Heydər Əliyev tikintiningedişi ilə yerindəcə tanış oldu və məhz onun sayəsində bu nəhəng tikintinin inşası başa çatdırıldı. Göründüyü kimi dünyanın super güclərindən hesab edilən şimal qonşularımızla dostluq münasibətləri Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdən başlanır və bu gün də davam etməkdədir. Qonşu dövlətlərlə dostluq münasibətləri dövlətimizin xeyrinədir və bu münasibətlər ölkəmizin inkişafına xidmət edən əsas amillərdən biridir.
Vasif Bağırov,
Xocalı rayon ziyalısı