Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ölkəmiz dünyada imperializmə, koloniolizmə və müstəmləkəçiliyə qarşı mübarizə aparan öncül ölkələrdən biridir

0

  • İndiki zamanda bəşəriyyəti təhdid edən bir çox qlobal problemlər mövcuddur. Bunların arasında dünyanın bir çox dövlətləri arasında müxtəlif səbəblərdən yaranmış münaqişələr, qlobal istiləşmə, ətraf mihitin ifrat dərəcədə çirklənməsi və sair bu kimi problemləri qeyd etmək yerinə düşərdi. Bu probləmləri həll etmək, aradan qaldırmaq bir və ya bir neçə dövlətin deyil, bütövlükdə dünya birliyinin ümumi səyləri nəticəsində mümkündür. Əlbəttə, bunun üçün də ölkələr arasında qarşılıqlı anlaşmaya, dövlətlərarası dialoqa böyük ehtiyac vardır. Mayın 1 - də Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlamışdır. 100 - dən artıq ölkəni təmsil edən nümayəndənin iştirak etdiyi Sülh və qarşılıqlı əməkdaşlıq naminə həmrəylik mövzusunda keçirilən forumda Azərbaycan Respublikasının Prezident İlham Əliyev də iştirak etmişdir. Forumun moderatoru tərəfindən müzakirə olunacaq əsas məsələlər barədə iştirakçılara məlumat verilmişdir. Forum iştirakçıları tədbirdə Prezident İlham Əliyevin iştirakını böyük məmnunluqla qarşılamışlar və Azərbaycan Prezidenti Formada çıxış etmişdir. Azərbaycan Prezidenti çıxışı zamanı dünyada gedən proseslərin mürəkkəbliyindən və bəşəriyyəti gözləyən təhlükələrdən söhbət açmışdır. Ölkə başçısı qeyd etmişdir ki, hələ dünyanı lərzəyə salan COVİD - 19 pandemiyası dövründə Azərbaycan bu bəlaya qarşı çox ciddi şəkildə mübarizə aparmış, ölkə əhalisinin, eyni zamanda dünya əhalisinin pandemiyadan minimum itki ilə çıxmaq üçün səyini əsirgəməmişdir. Biz həm də peyvəndlərin bərabər şəkildə bölünməsinin təşəbbüskarı olduq. Azərbaycan 30 ilə yaxın ərazisinin 20 faizi işğal altında qalan, bir milyondan artıq vətəndaşının məcburi köçkünə çevrildiyi, ümumilikdə işğaldan əziyyət çəkən bir ölkədir. Təəssüflər olsun ki, işğalı sonlandırmağa müvəkkil olan ölkə və təşkilatlar bu yolda demək olar ki, heç bir iş görmədilər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi yerinə yetirilmədi. Bütün danışıqların nəticəsiz qaldığını gördükdə biz problemi öz suveren hüququmuzdan istifadə edərək müharibə yolu ilə işğaldan azad etdik. İndi biz müharibədən sonrakı dövrü yaşayırıq. İndi bizim əsas məqsədimiz bölgədə sülhü bərqərar etməkdir. Ölkəmiz hal - hazırda Bərpa olunan yaşıl enerji mənbələrindən geniş istifadəyə böyük üstünlük verir. Biz indiyə qədər neft ixrac edən ölkəyik. Avropanın 8 ölkəsinə qaz ixrac edirik. Karbohidrogen ehtiyatlarının ölkə ərazisində çox olması bizim günahımız deyil. Biz bu ehtiyatlardan xalqın rifahı üçün istifadə edirik. Məhz neftin ətraf mühiti daha çox çirkləndirdiyini əsas götürərək yaşıl enerjiyə üstünlük veririk. Azərbaycan dünyada təmsil olunan ölkə sayına görə ikinci təşkilat olan Qoşulmama təşkilatının da fəal üzvlərindəndir. Biz təşkilat üzvlərinin yekdil dəstəyi ilə 3 il bu təşkilata sədrlik etmişik. Ölkəmiz dünyada imperializmə, koloniolizmə və müstəmləkəçiliyə qarşı mübarizə aparan öncül ölkələrdən biridir. Biz özümüzü dünyada sülhsevər ölkə kimi tanıtmışıq. Ölkəmiz Cənubi Qafqazda sülhün yaranmasında israrlıdır və qarşıya qoyduğu bu missiyaya mütləq nail olacaqdır. Ələddin Əhmədov,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi6 ay öncə
    İzlənib57 dəfə
    Ölkəmiz dünyada imperializmə koloniolizmə müstəmləkəçiliyə qarşı mübarizə aparan öncül ölkələrdən biridir

    Maraqlı gələ bilər
    60
    49
    40
    50
    54
    98
    71