Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ölkəmizin əldə etdiyi bütün uğurlu işlərin arxasında birmənalı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin gərgin əməyi və parlaq zəkası dayanır

0

  • Azərbaycan növbəti bir möhtəşəm beynəlxalq tədbirə - COP 29 - a ev sahibliyi etməyə hazırlaşır. Ümumiyyətlə, 2020 - ci ilin payızında ölkəmizin 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfər dünya ölkələrinin Azərbaycana olan marağını birə beş artırmışdır. Müharibədən sonrakı zaman kəsiyində ölkəmiz bir çox beynəlxalq forumlara, festivallara və sair tədbirlərə ev sahibliyi etmişdir. Qeyd olunan tədbirlərdə iştirak edən nümayəndələr bir qayda olaraq həmin tədbirlərdən yüksək təəssüratla öz ölkələrinə geri dönmüşlər. Bu kimi hallar Azərbaycanın mövqeyini beynəlxalq müstəvidə xeyli möhkəmləndirmişdir. Ölkəmizin əldə etdiyi bütün uğurlu işlərin arxasında birmənalı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin gərgin əməyi və parlaq zəkası dayanır. Təkcə Vətən müharibəsi dövründə cənab İlham Əliyevin Ali Baş Komandan kimi rəşadətli Azərbaycan ordusuna mükəmməl şəkildə rəhbərlik etməsini, eyni zamanda ölkə başçısı kimi informasiya blokadasını təkbaşına yarmasını qeyd etsək, məncə, kifayət edər. Özünün də qeyd etdiyi kimi Azərbaycan Prezidenti nəyin nə vaxt və necə edilməli olduğunu çox gözəl bilir. Azərbaycan Prezidentinin daim mətbuata açıq və səmimi münasibəti istər yerli, istərsə də xarici KİV nümayəndələri tərəfindən rəğbətlə qarşılanır və onlar tez - tez ölkə rəhbəri ilə həmsöhbət olmağa can atırlar. 2024 - cü il mayın 23 - də Azərbaycan Prezidenti İlham Əliyev EURONEWS telekanalına msahibə vermişdir. Ölkə Başçısı həmişə olduğu kimi jurnalistin bütün suallarını səmimi formada cavablandırılmışdır. Azərbaycan Prezidenti COP 29- un ölkəmizdə keçirilməsi ilə bağlı sualı cavablandırarkən qeyd etmişdir ki, baxmayaraq biz karbohidrogen ehtiyatları ilə zəngin ölkəyik , COP 29 - a ev sahibliyi etmək bizi qürurlandırır . Biz cari ili "Yaşıl enerji naminə həmrəylik" ili elan etmişik. İqlim dəyişikliyi , ətraf mühitin çirklənməsi məsələləri bütün dünya ölkələri kimi bizi də həddindən artıq narahat edən qlobal problemlərdəndir. Bu məsələləri biz Qoşulmama hərakatının üzvü kimi dəfələrlə müzakirə etmişik . Ölkə başçısı daha sonra qeyd etmişdir ki, bəzən karbohidrogen ehtiyatları olmayan ölkələr bizim kimi bu ehtiyatlara malik olan ölkələri ətraf mühitin çirkləndirilməsində günahlandırmağa çalışırlar . Ölkəmizdə bu ehtiyatların olması, əlbəttə, bizim günahımız deyildir. Bu baxımdan biz bir - birimizi günahlandırmalı deyilik. Biz bu problemin arada qaldırılması üçün bütün səylərimizi birləşdirməliyik və bu istiqamətdə bir çox işlər həyata keçirməliyik. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji mənbələrindən geniş formada istifadə olunması Azərbaycanın iqlim dəyişikliyi və ətraf mühitin qorunması məsələlərində öncüllük etməsinin parlaq nümunəsidir və ölkəmiz bu yolda dünya ölkələri arasında örnək davranış sərgiləməkdədir. Ələddin Əhmədov,
    Xocalı şəhər 3 nömrəli tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi5 ay öncə
    İzlənib167 dəfə
    Ölkəmizin əldə etdiyi bütün uğurlu işlərin arxasında birmənalı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin gərgin əməyi parlaq zəkası dayanır

    Maraqlı gələ bilər
    48