Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ildə ən çox qol vuran müdafiəçilərin siyahısını dərc edib.
xocalininsesi.az report-a istinadən xəbər verir ki, Şotlandiyanın "Reyncers" komandasından Ceyms Tavernye birinci pillədə qərarlaşıb.
32 yaşlı oyunçu ötən il 26 dəfə rəqib qapılarına yol tapıb. Qollardan 14-ü penaltidən gerçəkləşib.
Kuk adalarının "Vellinqton Olimpik" klubundan Benjamin Mata 21 qolla (17 penalti) ikinci, Çexiya "Sparta"sından Ladislav Kreyçiy 20 qolla (9 penalti) üçüncü olub.
xocalininsesi.az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə: https://news.milli.az/sport/1172711.html