Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Öz adını müzəffər sərkərdə kimi həm ölkəmizin, həm də dünyanın hərb tarixinə əbədi olaraq həkk edən lider

0

  • Azərbaycan dövləti müstəqilliyini yeni əldə etmiş bir ölkədir. Bu ölkənin qarşısında müxtəlif istiqamətli yollar durur. Hansı yol ilə getməyin lazım olduğunu isə həmin dövlətin rəhbəri bilir. Və bu rəhbərin güclü siyasi təcrübəsinə, iradəsinə idarəçilik prinsipinə əsaslanır. Müstəqilliyimizin ilk illərində Azərbaycanımızın yaşadığı problemləri bilməyən yoxdur. Bu problemlərdə həmin dövrdə iqtidarın seçdiyi yolun öz maraqlarına xidmət etdiyini açıqladı.
    Ölkədə gərginlik bütün sahələrdə biruzə verirdi. Lakin Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmiz düşdüyü ağır vəziyyətdən xilas oldu Ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan döyüş cəbhəsində atəşkəsə nail oldu. Ölkəmizin ərazi bütövlüyü beynəlxalq aləmdə təsdiq edilməli, Azərbaycanın geniş miqyasda dəstəklənməsinə nail olunmalı, Azərbaycan neftinin dünya bazarına çevrilməsini təmin etməli, milli həmrəylik gücləndirilməli, əhalinin həyat səviyyəsinin, rifahının yüksəldilməsi üçün dövlət proqramları qəbul olunmalı və zəruri islahatlar aparılmalı idi. Heydər Əliyev bunların hamsına nail oldu. Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından biri də budur ki, o özündən sonrakı Azərbaycanın taleyini praqmatik
    düşüncəli siyasətçi cənab İlham Əliyevə tapşırdı. İlham Əliyev 2003-cü il prezident seçkilərində 76,80 fazi səs qazanaraq Azərbaycan
    Respublikasının prezidenti seçildi. Cənab İlham Əliyev andiçmə
    mərasimində bir daha bəyan etdi ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasi kursunu davam etdirilməlidir. "Azərbaycan gələcəkdə daha zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək qısa
    müddət ərzində ölkəmizi hər tərəfli inkişaf etdirəcəyik."
    İlham Əliyev Nazirlər Kabinetinin ilk iclasındakı çıxışında diqqəti
    ölkə qarşısında duran qlobal vəzifələrə yönəldərək "Biz hər şeyə müvəq olacağıq" bildirdi. Dövlət başçısı hökümət üzvlərindən öz vəzifə borclarını vicdanla yerinə yetirməyi, hər bir şəxsdən öz işinə məsuliyyətlə yanaşmağı tələb edirdi. Gələcəkdə Azərbaycanın hər tərəfli inkişafı üçün böyük işlər görüləcəyini xatırladan prezident ilk növbədə ölkədə işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması üçün hamının səfərbər olmasını qeyd edirdi.
    Azərbaycanda heç bir çadır şəhərciyi qalmamalı, sahibakarla dövlət
    tərəfindən kömək artırılmalı, regionların hər tərəfli inkişafı üçün
    Dövlət proqramları qəbul edilib icrasına başlanmalı, ölkənin elektrik
    enerjisi və yanacaq qazı ilə təlim olunmasına dair dövlət proqramları hazırlanmalı, qeyri neft sektoru inkişaf etdirilməlidir.
    Gördüyü işlərin miqyası ilə xalqımızın rəğbətini qazanmış cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddət ərzində Azərbaycanın qarşısı alınmaz tərəqqi yoluna çıxmasını təmin etmişdir.
    Cənab İlham Əliyevin əsas missiyasında deyə bilərəm ki ən böyüyü Azərbaycanın ərazi bütövlüyünü təmin etmək idi. Və bunu da təmin etdi. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ordumuzun səyi nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bütün çətinliklərə baxmayaraq, Prezidentimiz hər şeyə sinə gələrək Azərbaycan xalqının önündə irəlilədi. Xalq-Prezident həmrəyliyi möhkəmdir, sarsılmazdır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızı gələcəyə inamlı adımlar atır.
    Xalqımızın belə bir rəhbəri olması hər birimiz üçün böyük fəxrdir, qürur mənbəyidir.
    Arzu Orucov,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi10 ay öncə
    İzlənib167 dəfə
    Öz adını müzəffər sərkərdə kimi həm ölkəmizin həm dünyanın hərb tarixinə əbədi olaraq həkk edən lider

    Maraqlı gələ bilər
    23