Dünyanın yeni düzəninin baş tutduğu bir dövr bütün ölkələrə öz təsirini göstərir. Belə bir dövrdə güc mərkəzi hansısa dövlətin əlində deyildir, daha çox bu inteqrasiyada fəal iştirak edən dövlətlər bu prossesə öz töhfəsini verirlər. Türk Dövlətləri Təşkilatının belə dövrdə sıx əməkdaşlığı mühüm əhəmiyyətə malikdir ki, Azərbaycan da həmin təşkilatın önəmli simalarından birinə çevrilibdir.
Azərbaycanın türk dövlətləri ilə sıx əməkdaşlığı ölkəmiz və türk dünyası üçün əhəmiyyətə malikdir. Belə əməkdaşlıqlardan biri də Özbəkistan dövləti ilə olan çoxşaxəli münasibətlərimizdir.
Azərbaycan və Özbəkistan tarixi köklərə malik olması, əsrlərə söykənən soykökləri bu gün iki qardaş ölkənin yenidən bir araya gəlməsinə səbəb olan amillərdəndir. Bu amillərdən digəri isə hər iki ölkənin prezidentlərinin bir- birinə olan müsbət münasibətlərindən, etibarlı tərəfdaş və güclü lider olmalarından irəli gəlir.
Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin inkişaf etdiyi bir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-23-də Özbəkistana dövlət səfəri etdi. Dövlət Başçımızın səfəri Daşkənddə Kuksaray dövlət iqamətgahında rəsmi qarşılanması ilə başladı. Prezident və xanımı Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şafkat Mirziyoyev və xanımı Ziraatxan Mirziyoyev qarşılayıblar. Rəsmi qarşılanma zamanı Özbəkistanın Azərbaycana qarşı isti münasibətləri özünü bir daha göstərdi.
Prezident İlham Əliyevin Şafkat Miziyoyevlə məhdud tərkibdə görüşündə bir sıra məsələlərə münasibət bildirildi. Bildirildi ki, Azərbaycan ilə Özbəkistan münasibətləri strateji müttəfiqlik xarakteri daşıması məmmunluqla qarşılanır. Müzakirə olunan məsələlərdən enerji, nəqliyyat və turizm əlaqələri haqqında söhbətlər aparıldı. Görüşdə regional və beynəlxal məsələlərə də toxunuldu.
Avqustun 23-də Daşkənddə Azərbaycan- Özbəkistan Ali Dövlətlərarası Şuranın 1- ci iclası keçirildi. İclasda çıxış edən Özbəkistan Respublikasının Prezidenti Şafkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfərindən şad olduğunu bildirdi. Şafkat Mirziyoyev İlham Əliyevin uğurlu siyasətindən , dövlət islahatlarından və dövlətimizin inkişafından danışaraq Azərbaycanın uğurlarına sevindiklərini bildirdi. Həmçinin Azərbaycanın biznes liderlərini dəvət etməsinə ürəkdən şad olduğunu bildirdi.
Əməkdaşlığın sıxlığı, layihələrin genişləndirilməsi barədə söhbətlər aparıldı.
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında sənədlərin imzalanması mərasimi oldu. 2024-2026-cı illər üçün imzalanmış bütün sənədlər iki ölkənin sıx əlaqəsinin daha da inkişafına zəmin yaradır. Sənədlərin mübadiləsi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şafkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış etdilər.
Bu səfər zamanı avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şafkat Mirziyoyev hər iki ölkənin işgüzar dairələri ilə görüş keçirərək dəyəri 520 milyon dollar olan 7 layihə həyata keçiriməyə razılığa gəliblər . Azərbaycanda keçiriləcək layihələr bunlardır: Layihə dəyəri 104 milyon dollara Yevlax rayonunda tekstilklasteri, Xankəndi şəhərində layihə dəyəri 6 milyon dollar olan toxuculuq fabriki, layihə dəyəri 54 milyon dollar olan İmişli rayonunda tekstil klasteri.
Bu gün göründüyü kimi Azərbaycan Özbəkistan üçün böyük əhəmiyyətə malik ölkəyə çevrilib. Belə ki, zəngin təbii sərvətə malik olan Özbəkistanın dünya bazarına çıxması üçün etibarlı tərəfdaşa ehtiyacı var. Məhz Azərbaycan Özbəkistan üçün ən etibarlı tərəfdaşdır ki, Özbəkistan hökuməti də bunu anlayaraq hazırki addımları atmaqdadır.
Şərq- qərb dəhlizi vasitəsilə Özbəkistanın təbii sərvətlərinin dünya bazarına çıxarılması məhz Azərbaycanın rolu ilə daha asan həyata keçirilə bilər. Azərbaycanın yaşıl enerji layihəsi ilə dünya bazarına çıxmasında da Özbəkistanın maraqları və dəstəyi hiss olunur.
Özbəkistan və Azərbaycan bir- birinin milli maraqlarına dəstək verən ölkələrdir. Bu yaxınlarda Azərbaycanda “ Özbəkistan Mədəniyyət Günləri”nin keçirilməsi buna nümunədir. Eləcə də Azərbaycan torpaqlarını işğaldan azad etdikdə, haqlı davasında Özbəkistanın siyasi dəstəyini hiss etdik. İşğaldan azad olunan ərazilərimizdə bərpa quruculuq işlərində Özbəkistanın da payı var. Belə ki, Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin Özbəkistan tərəfindən hədiyyəsi qardaşlıq nümunələrindən biridir.
Yaşasın Azərbaycan-Özbəkistan dostluğu və qardaşlığı!
Türkan Hümbətova,
Xocalı rayon Yaloba kənd tam orta məktəbin müəllimi