Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Paşinyan Azərbaycanla bağlı sənədi imzalamayıb - Şok

0

  • Sərhədlərin delimitasiyası üzrə Ermənistan və Azərbaycan dövlət komissiyalarının işi haqqında əsasnamədə Nikol Paşinyanın imzası yoxdur, o, bu sənədi imzalamaq səlahiyyətini müavini Mger Qriqoryana verib.
    xocalininsesi.az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin deputatı Tahui Tovmasyan deyib.
    O bildirib ki, Konstitusiya Məhkəməsinə Nazirlər Kabinetinin rəhbəri tərəfindən imzalanmış kağız daxil olmayıb:
    "Sənəd elektron şəkildə göndərilib. Konstitusiya Məhkəməsinə müraciətin düzgün forması isə imzanın və möhürün olmasıdır. Bundan sonra Konstitusiya Məhkəməsi hökumətə bəyanat göndərib, sənədin imzalı və möhürlü göndərilməsini tələb edib. Paşinyan isə Qriqoryana sənədi imzalamaq səlahiyyəti verib. Paşinyan baş verənlərə görə məsuliyyət daşıdığını və bütün qərarları özü verdiyini deyəndə, sual yaranır: niyə reqlamenti imzalamayıb? Onun imzası olan kağız yox idi, sadəcə boş vərəq, hökumətin bəyanatı idi. Sonra Qriqoryana etibarnamə verilib və o, artıq imzalanmış sənədi göndərib. Bu adamdan hansı məsuliyyəti tələb edirik? Hamıya problem yaradıb, özü də ondan yaxa qurtarmaq istəyir. Baş nazir ölkənin ərazi bütövlüyü ilə bağlı heç bir sənəd imzalamaq istəmir ki, sonradan məsuliyyəti başqalarının üzərinə ata bilsin. Belə olan halda o, deyə bilər ki, sənədi Qriqoryan imzalayıb, sonra həmin sənədi parlamentə aparıb bununla da öz fraksiyasını zərbə altında qoyacaq və adəti üzrə deyəcək ki: axı, bunu parlament qəbul edib".
    xocalininsesi.az
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/armenia/1238858.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməSiyasət
    KateqoriyaXarici siyasət
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi5 gün öncə
    İzlənib7 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    48
    55