Xocalı Rayon Mərkəzi Xəstəxanası payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ənənəvi olaraq profilaktik və əksepidemik tədbirlər həyata keçirir. Qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.
Xocalı RMX-ın direktoru Aqil Məmmədov başda olmaqla xəstəxana kollektivi də öz növbəsində peyvənd olunub. Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar şəxsiyyət vəsiqələri ilə Xocalı Rayon Mərkəzi Xəstəxanasında ödənişsiz olaraq yararlana bilərlər.
Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.
Peyvənd olunmaq respirator virus infeksiyalarına yoluxmaqdan qorunmaq üçün ən effektiv üsuldur
Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir.