Prezident İlham Əliyevin bu gün Zəfər Günü münasibətilə nəzərdə tutulan təltiflərlə bağlı Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhədi Xidməti tərəfindən ümumilikdə neçə nəfərin təltif edildiyi məlum olub.
xocalininsesi.az Trend-ə istinadən bildirir ki, Prezident İlham Əliyevin Sərəncamları ilə ümumilikdə 1262 nəfər təltif olunub.
Onlardan 206 hərbi qulluqçu 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olanlardır. Eyni zamanda, 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində mina partlayışı nəticəsində şəhid olan 8 polis əməkdaşı da təltif olunanlar arasındadır.
Bundan başqa, Vətən Müharibəsində itkin düşmüş və şəhid statusu almış 1 hərbi qulluqçu, Vətən Müharibəsinin iştirakçısı, I qrup müharibə əlili də təltif edilib.
Bu təltiflərin sayı isə 1470 olub. Sıralamanı təqdim edirik:
30 nəfər "Azərbaycan bayrağı" ordeni ilə
1 nəfər 2-ci dərəcəli" Rəşadət" ordeni ilə
3-cü dərəcəli" Rəşadət" ordeni 55
6 nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə
283 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə
327 nəfər "Vətən uğrunda" medalı ilə
130 nəfər "İgidliyə görə" medalı ilə
5 nəfər "Qarabağ" ordeni ilə
1 nəfər "Suqovuşanın azad olunmasına görə" medalı ilə
1 nəfər "Xocavəndin azad olunmasına görə" medalı ilə
182 nəfər "Döyüşdə fərqlənməyə görə" medalı ilə
176 nəfər "Cəsur döyüşçü" medalı ilə
273 nəfər "Hərbi xidmətlərə görə" medalı ilə
xocalininsesi.az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə: https://news.milli.az/country/1156580.html