1975-ci ildən başlayaraq 8 Mart Beynəlxalq Qadınlar Günü olaraq qeyd olunur. Günümüzdə də, 8 Mart günü qadınlara xüsusi diqqət və qayğı göstərildiyini müşahidə edirik. Qadınlar dünyamızın bəzəyidir. Nə qədər zərif və incə olsalarda əslində qadınlar böyük gücə malikdir. Zaman keçdikcə cəmiyyətdə də, qadının rolu artır, o, ictimai-siyasi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Qadın həmdə cəmiyyətə layiqli vətəndaş yetişdirən anadır.Qəhrəman anaların böyütdüyü qəhrəman övladların sayəsində biz işğal altında olan torpaqlarımızı işğaldan azad etdik.
Ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur.
İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar.”
Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb.
Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.
Qadınlarımızı ilin təkcə bir günü yox, hər günü diqqət mərkəzində saxlamalıyıq. Təkcə bir gün yox, hər gün onların üzlərini güldürməyə çalışmalıyıq.
Əziz xanımlar, günümüz mübarək!
Əminə Əliyeva,
Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllimi