Mən çox xoşbəxt adamam ki, 32 ildən sonra Xocalıda Prezidentimizlə birgə gəlib görəcəm. İlk dəfə idi ki, Xocalı soyqırımı Xocalı torpağında qeyd edirik. Bu çox ağır olsa da, azad xocalımız bizə təsəlli idi. Tarixi zəfərimizdən sonra biz bu soyqırımı fərqli qeyd edirdik. Dağılmış evlərimizi, o körpələrin qanı axıdılmış küçələri görmək nə qədər bizi kövrəltsə də Prezidentimiz bu torpaqda məğrur, məğrur addımlaması qürurverici idi. Mən bu qalib liderlə görüşümüzü heç vaxt xatirimdən çıxarmayacam. Bu böyük şəxsiyyətlə canlı təmas qurmaq böyük məsuliyyət tələb edir. Mənim bu görüşdə təəssüratlarım çox güclüdür. Heç təsəvvür etməzdim ki, belə cavan insan bu qədər gücə, bu qədər təfəkkürə malikdir. Məni ən çox təəccübləndirən. Prezidentimizin həddən artıq sadə, duyğusal, səmimi olmasıdır. Bu sadə xalqla o qədər səmimi ortam yaratdı ki, hamı öz fikirlərini çəkinmədən söyləyə bildi, fotolar çəkdirdi. Vaxtının çoxunu işğaldan azad olunmuş torpaqlara həsr etməsi onun gözəl Qarabağa vurğunluğunu və sevgisini göstərir. Belə lideri olan xalq çox xoşbəxtdir. Onunla görüşdə ən çox məni məftun edən onun səmimiliyi idi. Sizi Allah qorusun, bizim əbədi Prezidentimiz. Var olun qalib Sərkərdəmiz.
Xalidə Əmiraslanova, əməkdar müəllim