Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qalib xalq Qalib Liderini seçdi!

0

  • Azərbaycanda baş tutan növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi xalqımızın qələbəsidi. Müstəqilliyimizin bərpasından sonra ilk dəfədir ki, seçkilər ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycanda keçirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu zəfərlə Azərbaycan dövlətçiliyinin ən şərəfli səhifələrindən birinin müəllifi oldu. Azərbaycan xalqı fevralın 7-də cənab İlham Əliyevə səs verməklə inkişafa, sabitliyə, təhlükəsizliyə, tərəqqiyə səs verdi. Bu, Azərbaycan xalqının iradəsinin bariz göstəricisidir. Verilən hər bir səs, göstərilən dəstək ötən 20 ildə görülən işlərə ən real qiymətdir. Bu illər ərzində Azərbaycan istər regionda, istərsə də beynəlxalq aləmdə apardığı müstəqil siyasətlə lider dövlətə çevrilib. Sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb. Əldə edilən hər bir nailiyyətin arxasında Azərbaycan xalqının dahi oğlu, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət və bu siyasətin uğurlu davamı dayanır. Ümummilli lider Heydər Əliyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirərək, Ali Baş Komandan İlham Əliyev Azərbaycanı Qalib ölkəyə çevirib. Fevralın 7-də cənab İlham Əliyevin Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verməsinin isə simvolik mənası vardı. Bu, dünya erməniliyinə, onların havadarlarına verilən mesaj idi. Bu, Xankəndinin timsalında Qarabağın, Şərqi Zəngəzurun Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu göstərdi. Əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən qurtarıb işıqlı sabaha çıxardısa, cənab İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirməklə yanaşı, xilaskar lider statusuna sahibləndi. Məhz cənab İlham Əliyevin əsl sərkərdəlik məharəti ilə düşməndən təmizlənən Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən quruculuq işləri aparılır və neçə illərdən sonra soydaşlarımızın bu torpaqlara böyük köçü başlayıb. Bu seçki həm də Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Zəfər seçkisi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin özünəinamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi olaraq ölkəmizdəki monolit birlik və həmrəyliyin bütün dünyaya nümayiş etdirilməsi idi. Dünya bir daha Azərbaycanın qüdrətinə və qələbəsinə şahid oldu.
    Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş Cənab İlham Əliyevin fevralın 14-də andiçmə mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi. Sonra Prezident müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içdi. Prezident İlham Əliyev təzim edərək, Azərbaycan Respublikasının Dövlət Bayrağını öpdü.
    Bu, tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir. İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. Bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava dövləti daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.

    Cənab İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbəsi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayıram.
    Aytən Həsrətova,
    Xocalı rayon Qaragav kənd tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi9 ay öncə
    İzlənib168 dəfə
    Qalib xalq Qalib Liderini seçdi!

    Maraqlı gələ bilər
    40