Azərbaycan Premyer Liqasının XXXVI turunun "Araz-Naxçıvan" - "Qarabağ" oyununun yeri dəyişdirilib.
xocalininsesi.az İdman.Biz-ə istinadən bildirir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Qarşılaşma "Azersun Arena"da keçiriləcək. Buna Azərbaycan Kubokunun final oyunu ilə bağlı "Liv Bona Dea Arena"da aparılan işlər və Premyer Liqanın 2023/24-cü illər mövsümünün mükafatlandırma mərasimi səbəb olub.
Qeyd edək ki, matç mayın 26-da keçiriləcək.
xocalininsesi.az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə: https://news.milli.az/sport/1203860.html