Dayaq oldun Vətənə,
Qorudun torpağını.
Qaldırdın başın üstə
Üçrəngli bayrağını.
Sevirdin Vətənini
Hər vaxt candan, ürəkdən.
Qisas almağa getdin
Sən o zalım düşməndən.
Sənin kimi oğullar
Yazdı Vətən tarixin.
Haqq öz yerini tutdu
Sakitləşdi ürəyin.
Azad edib yurdunu
Verdin Vətən borcunu.
Ana Vətən unutmaz
Sənin kimi oğlunu.
Qarabağ fədaisi,
Fatehisən sən, Fərid!
Bu Vətənin yolunda
Oldun qəhrəman şəhid!
Səninlə fəxr edirəm
Şəhid olan qardaşım.
Sənin dəyanətinlə
Ucadır mənim başım.
Şəhid qardaşım, indi
Bilirəm yüksəkdəsən.
Hamı yad edir səni,
Sən hər bir ürəkdəsən!
Bəsti Cəfərzadə