Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qardaşlıqdan Strateji Tərəfdaşlığa

0

  • Azərbaycan və Pakistan həmişə bir-birini dəstəkləyən, sıx dostluq əlaqələri olan iki ölkədir. Pakistan, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olub və Qarabağ məsələsində daim yanımızda olub. Bu qardaşlıq illər keçdikcə daha da möhkəmlənib və artıq iqtisadi, hərbi və enerji sahələrində ciddi əməkdaşlığa çevrilib.
    Bu yaxınlarda iki ölkə rəhbərlərinin görüşü oldu və bir çox mühüm qərarlar qəbul edildi. Ən maraqlı məqamlardan biri odur ki, Azərbaycan Pakistanda böyük sərmayələr qoymağa hazırdır – söhbət təxminən 2 milyard dollardan gedir! Bu, həm Pakistan üçün iqtisadi inkişafa təkan verəcək, həm də iki ölkə arasında əlaqələri daha da gücləndirəcək.
    Bizim Pakistanla təkcə iqtisadi yox, həm də müdafiə sahəsində əməkdaşlığımız var. Azərbaycan artıq Pakistan istehsalı olan hərbi texnikalar alır və bu sahədə əməkdaşlıq genişlənməkdədir. Bütün bunlar ölkəmizin müdafiə qabiliyyətinin güclənməsinə kömək edəcək.
    Enerji məsələləri də diqqətdən kənarda qalmadı. Azərbaycan Pakistana maye qaz və neft məhsulları tədarük edə bilər. Yəni, bu əməkdaşlıq təkcə sənədlər üzərində qalmayacaq, real nəticələr verəcək. Həmçinin nəqliyyat və ticarət sahəsində də yeni layihələr müzakirə edilib.
    Bakıda keçirilən biznes-forum da iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət etdi. Forumda Azərbaycan sahibkarlarının Pakistanda müxtəlif sahələrə sərmayə qoymaq marağı diqqət çəkdi. Əsasən enerji, sənaye və infrastruktur sahələri ön planda idi.
    Azərbaycanla Pakistan arasındakı dostluq təkcə dövlət səviyyəsində deyil, xalqlar arasında da möhkəmdir. Pakistan xalqı həmişə Azərbaycanın yanında olub, xüsusilə Qarabağ məsələsində bizə sonsuz dəstək verib. Bu münasibətlərin daha da güclənməsi hər iki ölkə üçün böyük üstünlüklər yaradır.
    Bu səfər və imzalanan razılaşmalar göstərir ki, Azərbaycan-Pakistan dostluğu sadəcə sözlərdən ibarət deyil, real layihələr və iqtisadi tərəfdaşlıqla daha da dərinləşir. Gələcəkdə bu əməkdaşlığın daha böyük nəticələr verəcəyinə şübhə yoxdur!
    Xocalı rayon ziyalısı Xaliq Cəfərov
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib38 dəfə
    Qardaşlıqdan Strateji Tərəfdaşlığa

    Maraqlı gələ bilər
    74
    57
    0