Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
QƏLƏBƏMİZİ, QAYIDIŞIMIZI GÖRDÜYÜM ÜÇÜN ÖZÜMÜ ÇOX XOŞBƏXT İNSAN SAYIRAM

5/5

  • Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun Xocalıya qayıdış təəssüratlarını oxuculuramıza təqdim edirik.
    - Şahmar müəllim, ömrünüzün 71-ci ilində, Xocalı həsrətinin isə 32-ci ilində doğma torpağa qayıtdınız. Bu necə hissdir sizin üçün?
    - Bu hissi yaşamaq lazımdır. Kiməsə danışmaqla, deməklə izah etmək mümkün deyil. İnsan qəlbən, ürəyindən hiss edir, yaşayır qayıdışı. Fevral 26-da Ali Baş Komandanımızın, Cənab Prezidentimizin rəhbərliyi ilə Xocalı Memorial Kompleksinin təməlqoyma mərasimində Xocalıya ilk qayıdışımız oldu. Şəhidlərimizi, torpağımızı, dağımızı, suyumuzu, ha-vamızı andıq. Keçmişə qayıtdıq, ata-baba yurdumuza, böyüyüb boya-başa çatdığımız el-obamıza qayıtdıq. Bu, 32 il ərzində erməni vandalları nə əməllər törətsə də, Xocalının hər qarışı bizim üçün əzizdir. Torpaq itki-si ağırdır. Çünki insan cismən torpağa bağlıdır. Hər bir azərbaycanlının “ölməyə Vətən yaxşıdır” arzusu var. Biz bu arzuya yetdik. O gözəl hissləri yaşadıq. Allah-təala belə bir gözəlliyi bizə yaşatdığı üçün çox razıyam, qələbəmizi, qayıdışımızı gördüyüm üçün özümü çox xoşbəxt insan sayıram. Hər qarış torpağımızın azadlığına sevinmişik. Bölgəni bölgədən, yurdu yurddan ayırmamışıq. İnsanın sevincdən dili tutulur, danışa bilmir. Mən Şuşanın azadlığı xəbərini eşidəndə sevincdən dilim tutulmuşdu. O anları da biz yaşadıq. Min şükür bu günlərə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi sağlamlıqlarına qovuşdursun, bu qələbəni bizə yaşadan Ali Baş Komandanımıza cansağlığı versin. Ulu öndərimizə Allah rəhmət eləsin. Onun layiqli davamçısının apardığı uzaqgörən siyasət və xalqımızın birliyi nəticəsində bu günləri gördük.
    - Xocalı həsrətilə çoxları nisgillə köçdü dünyadan. Bu mənada özünüzü xoşbəxt hesab edirsinizmi?
    - Tək Xocalı yox, Qarabağ torpağının itkisilə barışmayan minlərlə insanımız intizarla dünyasını dəyişdi. Onların hər birinin arzusu torpaqlarımızı işğaldan azad görmək, öz yurd-yuvalarına qayıtmaq, orada yaşamaq, qurub-yaratmaq idi. Qurub-yatarmaq Azərbaycan xalqının ruhunda var. Biz türk milləti olaraq kiməsə pislik etmək fikrində olmamışıq. Düşmənlər bizim humanistliyimizdən həmişə sui-istifadə ediblər. Bu gün işğal olunmuş ərazilərdə itkin düşmüş həmvətənlərimizin sorağını eşidirik. Yaxınlarından xəbər gözləyən insanlar 32 illik həsrətə son qoyurlar. Digər itkinlərimizin tapılmasını, onlardan xəbər gözləyən doğmalarının gözlərinin yoldan çəkilməsini arzulayırıq. Həyatın təzadına baxın ki, şəhidin itkin meyitinin tapılması ilə insanlar təskinlik tapırlar.
    - Taleyüklü rayona rəhbərlik etməyin məsuliyyəti ağırdır. Respublikamızın 55 şəhər və rayonlarında müvəqqəti məskunlaşmış xocalılılarla görüşür, həm də bir ağsaqqal kimi onların yanlarında olur, tövsiyələrinizi verirsiniz. Sizcə, sakinlərimiz, xüsusilə də gənclərimiz bizə əmanət qalan gözəl adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi, xocalılıların mübariz ruhunu hansı səviyyədə qoruyub saxlaya biliblər?
    - Öz yerimizdə olanda da milli adət-ənənələrə uyğun bayramlarımızı qeyd edirdik. Su çərşənbəsi olanda dan yeri ağarmamış anamla birlikdə bulaq üstə gedib əl-üzümüzü yuyar, qabları su ilə doldurar, dualarımızı edərdik. Eynən bütün çərşənbələri qeyd edərdik. Ata-babalarımız orucu, namazı, Allaha ibadəti heç vaxt yaddan çıxartmayıblar. Didərginlik dövründə də sakinlərimiz adət-ənənələrimizi unutmadı. Zaman dəyişsə də, informasiya cəmiyyətində yaşasaq da, mənəvi dəyərlərimiz, adət-ənənələrimiz yaşayır. Gözəl adət-ənənələrimizi qoruyub saxlamaq bizim borcumuzdur. Camaatımız torpağa bağlılığı, zəhmətsevərliyi ilə öz dolanışıqlarını yaxşılaşdırmaq üçün əziyyətə qatlaşdılar. İstər Aprel döyüşlərində, istər Vətən Müharibəsində, istərsə də Antiterror əməliyyatlarında gənclərimiz Xocalının mübariz ruhunu döyüşlərdə göstərdilər.
    - Bir az da qayıdışımızdan danışaq. İlk mərhələdə neçə ailə Xocalıya qayıdacaq, bu nə zaman gözlənilir?
    - Xocalıda tikinti-bərpa işləri sürətlə davam etdirilir. Həmçinin şəhidlərimizin xatirəsinə abidə kompleksinin, bayraq meydanının yeri təyin edildi. May ayında ilk 50 ailənin qayıdışı baş tutacaq. Ondan sonra arıdıcıl olaraq proses davam edəcək. Sentyabr ayında Xocalıda orta məktəb fəaliyyətə başlayacaq. Avqust ayında isə Malibəyli kəndinə 50 ailənin qayıdışı planlaşdırılıb. Burada da orta məktəb istifadəyə veriləcək. Kərkicanan qəsəbəsinə də 50 ailənin qayıdışı və orta məktəbin fəaliyyəti nəzərdə tutulub.
    - Hər Novruz bayramında arzu edirdik ki, növbəti bayramımızı doğma Xocalımızda keçirək, tonqallarımızı alovlandıraq. Şükür, artıq arzularımıza yetmişik. İndi rayonumuzun həm icra başçısı, həm də ağsaqqalı kimi xalqımıza, sakinlərimizə arzularınız, təbrikiniz necə olardı?
    İndi bizim öhdəmizə şəhid ocağına qayıdıb qurub-yaratmaq düşür. Biz ağsaqqallar ömrünün müəyyən hissəsini Xocalıda yaşamış insanlar kimi gənclərlə birlikdə doğma torpaqlarımıza qayıdıb orada yaşamalıyıq. Yurdumuzun abadlığı, inkişafı üçün çalışmalıyıq. Bizim arxamızda Azərbaycan dövləti dayanıb. İnanıram ki, növbəti 3 ildə Xocalı şəhəri bütünlüklə qurulacaq. Bütün infrakstruktur, idarə və müəssisələr formalaşacaq. Xoşbəxt insanlarımız həyatları-nı Xocalıda xoş güzaranla davam etdirəcək. Bununla bizim işlərimiz qurtarmır. Xalq heç vaxt öz düşmənini unutmamalıdır. Yaxşı günü unutmadığı kimi, pis günü də yaddan çıxartmamalıyıq. Azərbaycan xalqının başına gətirilən müsibətləri yaddan çıxartmaq olmaz. Bu faciələri bir daha yaşamamaq üçün öz əks mübarizəmizi, haqq mübarizəmizi davam etdirməliyik. İtirilən bütün tarixi torpaqlarımızın qayıtması və Azərbaycanın bütövlüyü üçün nə lazımdırsa, həyatımız boyu çalışmalıyıq. Əgər xalq kimi yaşamaq istəyiriksə, biz dayanmamalıyıq, daim öz işlərimizi davam etdirməliyik.
    Allahdan xalqımıza əmin-amanlıq, xoş günlər arzulayıram. Allah xalqımızı, Ali Baş Komandanımızı, ordumuzu qorusun.
    Müsahibə üçün təşəkkür edirəm. Sizə Xocalıda uzun və mənalı ömür arzulayıram.
    Qalib BƏYMƏMMƏDOĞLU
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi3 ay öncə
    İzlənib23 dəfə
    qƏlƏbƏmİzİ qayidiŞimizi gÖrdÜyÜm ÜÇÜn ÖzÜmÜ Çox xoŞbƏxt İnsan sayiram

    Maraqlı gələ bilər
    56
    67