19 dekabr 2023-cü il tarixində YAP Goranboy rayon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyasının Xocalı rayon təşkilatı tərəfindən 7 fevral 2024-cü ilə təyin edilmiş növbədənkənar Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının 17.12.2023-cü il tarixli qərarı ilə tərkibi təsdiq edilmiş Xocalı rayonu üzrə YAP-ın seçki qərargahının üzvlərinin ilk iclası keçirildi. İclasda YAP Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyələri əsasında həyata keçiriləcək tədbirlər haqqında məlumat verildi və müzakirə edildi, üzvlər arasında iş bölgüsü aparıldı və seçki kampaniyasının mütəşəkkil qaydada keçirilməsi üçün müvafiq tapşırıqlar onların diqqətinə çatdırıldı.