Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qızılcadan qorunmaq üçün bu qidalar faydalıdır

0

  • Təəssüf ki, qızılca infeksiyasından tam müdafiə yoxdur. Sadəcə immuniteti gücləndirən tibbi prosedur mövcuddur. Qızılca infeksiyasına yoluxan uşaqların müalicəsi ilk növbədə simptomların aradan qaldırılmasına, fəsadların qarşısının almasına, düzgün istirahət və maye qəbulunun təmin edilməsinə yönəlməlidir.
    xocalininsesi.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında pediatr, həkim-allerqoloq Xəyalə Quliyeva deyib.
    Onun sözlərinə görə, müalicə məhz xəstəliyin əlamətlərinə görə təyin olunur:
    "Məsələn, hərarət, öskürək varsa, onlara uyğun olan həblər verilir. Əsasən, xəstəliyin ağırlaşmasının qarşısını ala biləcək dərman kimi A vitamini məsləhət görülür. Bu vitamin meningitdən, otitdən, pnevmaniyadan, ən əsası isə görmə problemindən qoruyur. Əgər qızılca infeksiyasına yoluxma diaqnozu qoyulubsa, mütləq A vitamini qəbul edilməlidir. Xəstəliyin simptomlarına gəlincə, bunlar gözdə əzginlik, qızartılar, öskürək və sonda hərarətin artmasıdır. Qızılca xəstəliyinə yoluxanların bir neçə gün sonra bədənində səpkilər yaranır. Səpkilər ilk gün üzdə, qulaqda olur, növbəti gün boyun və yuxarı ətraflara, sonrakı günlər isə aşağı ətraflara yayılır".
    Mütəxəssis vurğulayıb ki, bu dövrdə A vitamini ilə zəngin olan qidalar qəbul edilməlidir:
    "Bura süd məhsulları, portağal, yerkökü və s. daxildir. Eyni zamanda, bolluca maye qəbul edilməlidir, çünki xəstəlik zamanı dəri su itirir, susuzlaşır. Xəstə yataq rejiminə keçməli və heç kimlə təmasda olmamalıdır. Digər qorunma yolu isə peyvənd olunmaqdır. Qızılca infeksiyasına yoluxan uşağın ayrı otaqda saxlanması tövsiyə olunur. Otağı tez-tez havalandırmalı, günəş işığının düşməsinə nəzarət etməli, həmçinin otaqda rütubətə diqqət yetirilməlidir. Onlara qulluq edən şəxslər isə qoruyucu maskadan istifadə etməlidirlər. Peyvənd 1 və 6 yaş aralığında edilir. Əgər 1 yaşında peyvənd olunmayıbsa, 6 yaşa kimi, 6 yaşda olunmayıbsa, 10 yaşa kimi vaksin vurulmalıdır. Ümumiyyətlə, peyvənd dozasını almayıbsa, 6 yaşından sonra müəyyən nəzarətlə peyvənd oluna bilər".
    xocalininsesi.az

    Mənbə: https://news.milli.az/health/1166070.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaSağlamlıq
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi11 ay öncə
    İzlənib136 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    0
    47