Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qızılcaya görə məktəblər bağlanacaq? - Nazirdən AÇIQLAMA

0

  • Məktəblərdə qızılca virusunun yayılmasını müşahidə edirik.
    xocalininsesi.az Trend-ə istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.
    Nazir qeyd edib ki, qızılca virusuna yoluxanları sayı elə də çox deyil.
    "Məktəblərdən gələn iddialar var. Məktəb rəhbərliyi, müəllim diaqnoz qoya bilməz. Hər hansı simptomlar varsa, tibb məntəqəsində yoxlanışdan keçmək vacibdir. Bəzi məktəblərdə əsası olmadan qızılca virusu ilə bağlı iddialar olur. Ayrı-ayrı məktəblərdə ciddi rəqəmlər iddia edilir. Yaxın günlərdə Səhiyyə Nazirliyi ilə birgə addımlar atacağıq.
    Bu istiqamətdə peyvəndlənmə vacibdir. Peyvənd olmadığı təqdirdə yoluxma arta bilər. Bu yoxdursa, məktəbdən və ya digər qurumdan nəsə gözləmək olmaz. Peyvənd valideynin məsuliyyətidir. Hər bir peyvəndin öz vurulma yaşı var", - deyə nazir əlavə edib.
    "Məktəblərdə hər hansı qapanma planlaşdırılmır. Növbəti günlərdə analizlərin nəticəsinə uyğun olaraq, hər hansı təhlükəli yerlər olarsa, hansı sinif və ya məktəbi 1 və ya 2 həftəlik distant təhsilə keçirə bilərik", - nazir vurğulayıb.
    Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin media üçün brifinq keçirir. Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev, Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.

    xocalininsesi.az
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1162663.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi10 ay öncə
    İzlənib113 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    49
    40
    34
    55
    34