"Qarabağ" və "Zirə" arasında keçirilən yoxlama görüşündən (4:2) sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
- Matç sizin üçün necə alındı?
- Yaxşı oyun oldu. Bu gün hər futbolçuya oynamaq şansı verdik. Doğrudur, bəzi futbolçular dəqiqə olaraq, az oynadılar. Bu da planlaşdırılmışdı. Abdullah Zubir, Marko Veşoviç və Bəhlul Mustafazadəni nəzərdə tuturam. Onların ikisi xəstə idi, Bəhlul zədədən qayıtmışdı. Bu futbolçuların az oynaması lazım idi. Rəşad Sadıqov da sağolsun, belə proqramla razılaşdı və bu cür oyun keçirdik. Yaxşı sonluq oldu. Hər iki komanda üçün faydalı oyun idi. Sakit, intizamlı matç oynadıq. Razı qaldıq. Hazırlıq proqramımızın son oyun idi. Əsasən də son işi idi. Ümumən pis alınmadı.
- İstədiklərinizi əldə edə bildiz?
- Ümumən razı qaldım. Amma istədiklərimin hamısı həyata keçə bilməz. Vaxtımız, məşq sayımız azdır. Qarşıdakı aylarda futbolçular tam, öz idman formasını yığdıqdan sonra onlardan maksimumu tələb edə biləcəyik. Ümumən razı qaldım.
- Heyətdə Davud və Amin haqda hansı fikirdəsiz?
- Yaxşıdırlar. Nə qədər vaxtdır ki, bizimlə məşq edirlər. Davudu bir az gec cəlb etmişik komandaya. Üç aydır ki, bizimlə məşq edir. Aminin 16 yaşı var və 1 ilə yaxındır ki, bizimlədir. Aftandil Hacıyev onu bizə təklif etmişdi ki, perspektivli uşaqdır. Həm fiziki durumunu yaxşılaşdırmaq üçün əlavə məşqlər edirlər. Yavaş-yavaş komandaya cəlb olunurlar. Amma hələ gəncdirlər. İstəyirik ki, kollektivin içində böyüsünlər. Yaxşıdırlar. Əgər hazırda Amini bu yaşda "Qarabağ"da stoper kimi oynadırıqsa, özü də bunu düzgün etməyə çalışırısa, həm bizim, həm də özü üçün üstünlükdür. Davud da özünü itirmirsə, kollektivdə qol vurmaq üçün çəkinmədən hücuma gedirsə, bu da həm özü, həm də bizim üçün müsbət haldır. İntizamlı uşaqlardır.
- Juninyo məsələsində son durum nə yerdədir?
Mənbə: https://news.milli.az/sport/1257207.html