Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Xocalı rayonunu təmsil edəcək uşaqlara iştirakçı vərəqələri təqdim edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların ictimai fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə 5 dekabr 2024-cü il tarixində Bakı şəhərində keçiriləcək “Uşaqlar və ekologiya” adlı Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Xocalı rayonunu təmsil edəcək uşaqlarla Rayon İcra Hakimiyyətinin inzibati binasında görüş keçirilib, onlara iştirakçı vərəqələri və yaddaş kitabçaları təqdim olunub.
Forumda rayonumuzu, rayon icra hakimiyyəti aparatının
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xəlil Vəliyevin müşayiəti ilə
Xocalı rayonu Kosalar kənd tam orta məktəbin X sinif şagirdləri Quluzadə Fidan və Məmmədov Vahid təmsil edəcəklər.
Ölkəmizin bütün şəhər və rayonlarından uşaqların iştirakı ilə baş tutacaq Forum zamanı iştirakçılar müxtəlif mövzular üzrə qruplaşaraq müzakirələr aparacaq, onları maraqlandıran sualları dövlət rəsmilərinə ünvanlayacaq və əsaslandırılmış təkliflərlə çıxış edəcəklər.