Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan polisi məsuliyyətli və şərəfli vəzifəsinin öhdəsindən bacarıqla gəlir

0

  • Xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirildi.
    Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etdilər.
    Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər.
    Rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə polisləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edilməsindən danışdı. Həmçinin Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının davamlı inkişafda olmasından bəhs etdi.
    Şahmar Usubov qeyd etdi ki, çox qürurlandırıcı haldır ki, bu gün Azərbaycan polisi azad torpaqlarımızda öz şərəfli peşəsini layiqincə yerinə yetirir. Birinci Qarabağ Müharibəsində torpaqlarımızı, vətəndaşlarımızı polislərimiz qoruyurdu. Vətən Müharibəsi və Antiterror əməliyyatlarında Azərbaycan polisi böyük fədakarlıqlar göstərdi. Koronavirusun yayıldığı dönəmlərdə də Azərbaycan polisi çox əziyyət çəkdi.
    Azərbaycan polisi ən çətin məqamlarda dövlətçiliyimizi qoruyub, sabitliyin, əmin-amanlığın keşiyində durub və bu gün də vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatçısı kimi vəzifə borcunu şərəflə yerinə yetirməkdədir.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi3 ay öncə
    İzlənib152 dəfə
    rayonumuzda polis günü qeyd edildi

    Maraqlı gələ bilər
    67
    100