20.12.2023-cü il tarixdə Xocalı Rayon Mədəniyyət Evində rayonun ictimai-siyasi həyatında aktiv olan gənclərlə, Vətən müharibəsi iştirakçıları və qazilərlə “dəyirmi masa” ətrafında görüş keçirildi.
Xocalı rayon İcra Hakimiyyəti, Qarabağ regional Gənclər və İdman idarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə keçirilən rayon icra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva çıxış edərək ölkəmizdə aparılan gənclər siyasətindən və Ulu öndər Heydər Əliyevin gənclərimizə olan diqqət və qayğısından söz açdı. Lamiyə Qarayeva bildirdi ki, Əbədiyaşarlıq zirvəsinə ucalmış Ümummilli liderimiz Heydər Əliyev nəsillərə nümunə bir şəxsiyyətdir. Onun mübarizə və qələbələrlə zəngin fəaliyyəti bu günün və gələcəyin insanları, xüsusən də gənclər üçün əsl tərbiyə məktəbidir.
Daha sonra tədbirdə çıxış edən natiqlər mövzu ətrafında öz fikirlərini bildirdilər.