Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Regional təhlükəsizlik məsələləri həmişə aktualdır

0

  • Azərbaycan dünyanın siyasi, iqtisadi, etnik və.s məsələlər baxımından ən mürəkkəb coğrafi məkanlarından biridir. Şərlə-Qərbin, Şimalla-Cənubun kəsişdiyi bir məkanda yerləşir Azərbaycan. Eyni zamanda sivilizasiyaların qarşılaşdığı, bir -birinə əks qütblərdə dayanan qüvvələrin maraqlarının kəsişdiyi bir məkandır. Qafqaza sahib olmaq, onun təbii sərvətlərindən, nəqliyyat-loqistik imkanlarından istifadə etmək, buranı öz təsir dairəsində saxlamaq uğrunda əsirlər boyu mübarizələr, müharibələr aparılıb. Belə bir mürəkkəb coğrafi məkanı sabitlik adasına, əməkdaşlıq məkanına çevirmək olduqca müşkül bir məsələdir.
    Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə gələnə qədər Respublikada siyasi hakimiyyətdə olmuş AXC-Müsavat qaraguruhu Azərbaycanın dövlət maraqlarına zidd olaraq qonşu dövlətlərlə, o cümlədən Şimal qonşumuz olan və dünyanın ən güclü güc mərkəzlərindən biri olan Rusiya ilə münasibətləri qarşıdurma səviyyəsinə gətirib çıxarmışdı. Məhz bundanda ən çox itirən də Azərbaycan oldu. Torpaqlarımızın böyük bir hissəsi ermənilər tərəfindən işğal edildi, iqtisadiyyat tamamilə iflic vəziyyətə düşdü, Respublikada ictimai sabitlik pozuldu, kənar qüvvələrin təsiri ilə vətəndaş qarşıdurması meydana gəldi. Ulu Öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdışından dərhal sonra həm daxili sabitlik təmin edildi və eyni zamanda dünya dövlətləri, o cümlədən qonşu dövlətlərlə normal münasibətlərin qurulması istiqamətində qətiyyətli qərarlar qəbul edildi. 200 ilə yaxın tərkibində olduğumuz Rusiya ilə münasibətləri normallaşdırmadan, yenicə müstəqilliyini qəbul etmiş Azərbaycanın müstəqil dövlət kimi mövcud olması və ilbəil inkişaf edərək regionun lider dövlətinə çevrilməsi mümkün deyildir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən olduqca uğurla davam etdirildi. Digər dünya dövlətləri ilə yanaşı yaxın qonşumuz olan Rusiya Federasiyası ilə qarşılıqlı maraqlara söykənən, bərabərhüquqlu, çoxtərəfli münasibətlər quruldu. İki dövlət arasında qarşıdurmaya deyil, əməkdaşlığa üstünlük verildi. Hər iki dövlətin bir-birinin daxili işlərinə qarışmadan bərabərhüquqlu tərəfdaş olmaları kimi öhdəlik götürüldü. Aşığı etiraf etməliyik ki, kənar qüvvələri, o cümlədən Rusiya Federasiyasını neytirallaşdırmadan işğal altında olan torpaqlarımızı erməni işğalçılarından azad edə bilməzdik. Bu mövzudan çox danışıb vaxtınızı almaq istəmirəm.
    2022-ci ilin fevral ayının 22-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik haqqında memorandumunu iki dövlət başçısının imzalaması Azərbaycanla Rusiya arasındakı münasibətləri daha etibarlı səviyyəyə yüksəltmiş oldu. Hər bir dövlət üçün qonşu dövlət tərəfindən hərbi, iqtisadi, siyasi təcavüz və ya təsirə məruz qalmayacağını qarantiya altına alınması olduqca böyük uğur hesab edilməlidir. Yuxarıda qeyd olunan sənəd Azərbaycana Rusiya tərəfindən mənfi təsirlərin olmayacağının zəmanəti kimi də qiymətləndirilə bilər.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 aprel 2024-cü il tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada keçirilən Baykal-Amur Magistralının 50 illik yubley tədbirində iştrakı və eyni zamanda orada keçirilmiş görüşlərdə söylənilən fikirlər Azərbaycanla Rusiya arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha tədiqləmiş oldu. Tədbirin adından göründüyü kimi bu tədbir Baykal-Amur Magistralının 50 illiyinə həsr edilmişdir. Lakin burada Azərbaycan üçün önəmli olan əsas faktor o idi ki, bütöv bir nəslin arzularının və romantik istəklərin simvoluna çevrilən Baykal-Amur Magistralının tikintisi kimi nəhəng bir layihəyə rəhbərlik edən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin olmasıdır.
    Azərbaycanla Rusiya arasında münasibətlərin normal olmasında Ulu Öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrdə həyata keçirdiyi fəaliyyətlə üzvi surətdə bağlıdır. Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri bu gündə Rusiya ictimayəti tərəfindən məmnunluqla qeyd olunur.
    Qeyd olunan tədbirdə çıxış zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir. “Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə dərin ehtirama görə Vladimir Vladimiroviçə xüsusi təşəkkürümü bildirmək istərdim. Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. Vladimir Vladimiroviç 2001-ci ildə Azərbaycana səfər edib və bu, bizim bu gün birlikdə keçdiyimiz böyük yolun başlanğıcı olub.
    Bu gün biz iki ildən artıqdır ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində həyata keçirilən əməkdaşlığımızın bir çox planlarının icra edilməsi məsələlərini müzakirə etdik. Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki o, Moskvada bu binada, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib”.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti, dərin dövlətçilik bilik və bacarıqları, malik olduğu digər şəxsi keyfiyyətlər hesabına yerləşdiyimiz coğrafi məkanda yeni reallıqlar və Azərbaycanın daha da dinamik inkişafı üçün imkanlar yaradılmışdır. Bu da Azərbaycanın sabahının bu günündən daha da uğurlu olacağını qətiyyətlə söyləməyə əsas verir.
    Güclü Lider!
    Qüdrətli və təhlükəsiz Azərbaycan!
    Vahid Əliyev,
    YAP Xocalı rayon təşkilatının sədri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi6 ay öncə
    İzlənib105 dəfə
    Regional təhlükəsizlik məsələləri həmişə aktualdır

    Maraqlı gələ bilər
    46
    45
    171
    59
    52