Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Rəşad Məcidin 60 illiyinə kitab həsr edilib

5/5

  • Jurnalist, şair, yazıçı, Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Rəşad Məcidin 60 illik yubileyinə həsr olunmuş “Ağ adam” adlı yeni kitab işıq üzü görüb.
    Bu barədə “Vətən səsi”nə xəbəri kitabın tərtibçisi “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac verib. O, bildirib ki, “Ağ adam” kitabının redaktoru Günnür Ağayeva, naşiri isə Tuncay Şəhrilidir.
    Kitab müstəqil ədəbi qurum olan “Yazarlar” jurnalı tərəfindən həyata keçirilmiş “Rəşad Məcid – 60” uzun müddətli layihənin yekunu olaraq, bu müddət ərzində müxtəlif mətbu orqanlarda yayımlanmış ən seçmə nəsr və nəzm nümunələri əsasında ərsəyə gətirilib.
    AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Vətəndaşlıq və professionallıq nümunəsi” adlı giriş məqaləsində yubliyarın həyat və yaradıcılıq fəaliyyəti barədə tam dolğun məlumat verilib. Kitabda Rəşad Məcidin ömür yoluna işıq tutan Fəxri Uğurlunun, Vaqif Yusiflinin, Xalq şairi Nəriman Həsənzadənin və digər qələm adamlarının yazıları yer alıb.
    Kitab yaxın günlərdə yubilyara və geniş oxucu kütləsinə təqdim olunacaq.

    Mina RƏŞİD
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməMədəniyyət
    KateqoriyaMədəniyyət xəbərləri
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib97 dəfə
    Rəşad Məcidin 60 illiyinə kitab həsr edilib

    Maraqlı gələ bilər
    53
    53
    112