Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İnsanı əməlləri yaşadır

5/5

  • Elə insanlar var ki, qurub-yaratmaq, el-obaya faydalı olmaq, yaxşılıq etmək üçün Tanrı tərəfindən gönədirilirlər dünyaya. Zaman onu göstərir ki, elin qəhrini çəkən, hər zaman elinə-obasına arxa olan insanlar böyük hörmətə layiq olurlar. İllər ötsə də, belə insanların əməyi, fədakarlığı unudulmur, əməlləri ilə xatırlanırlar. Yaxşı əməllər isə insanı yaşadır. Bu gün haqqında yazı hazırladığım Kərəm Əsgərov da yaxşı əməlləri ilə Kosalar camaatının yaddaşında daim yaşayır. Kərəm Əsgərov Kosalar kəndində bir çox müəssisə və sexlərin açılmasında təşəbbüskar olmuşdur. Birinci Qarabağ Müharibəsi zamanı Kosalar kəndinin müdafiəsinin təşkilində, silah - sürsatla təminatında onun xidmətləri danılmazdır. Kənd camaatının ağır döyüşlər zamanı həmrəy olmasında, həmçinin döyüşçülərin mübariz ruhda saxlanılmasında bir kənd ağsaqqalı və ziyalısı kimi tövsiyələri eşidilmişdir. Köçkünlük illərində də pərən-pərən olmuş sakinlərimizin bir yaşayış yerinə cəmləşməsinə nail olmuş, onların müxtəlif problemlərinin həllinə çalışmışdır. Kərəm Əsgərov yaxşı idarəetmə qabiliyyəti olan rəhbər işçi, elinin-obasını qoruyub qahmar çıxan vətənpərvər insan indi. O, zəhməti, halal əməklə dolanmağı həyatının qayəsi sayırdı. Gözəl ailə başçısı olan Kərəm Əsgərov övladlarına həmişə elini-obasını, torpağını sidqi ürəkdən sevməsini aşılamış, onları vətənpərvər ruhda tərbiyə etmişdir.
    Əsgərov Kərəm Əşrəf oğlu 1941-ci il may ayının 20-də Xocalı rayonunun Kosalar kənd sovetliyinə daxil olan Yaloba kəndində dünyaya göz açmışdır. O, ilk təhsilini Kosalar kənd 7 illik məktəbində, 11 illik təhsilini isə Kosalar kənd fəhlə-kəndli axşam məktəbində alaraq, Ağdam kənd təsərrüfatı texnikumuna daxil olmuşdur. Kərəm kişi 1978-ci ildə həmin məktəbi bitirərək, ali partiya məktəbinin dinləyicisi olmuşdur (1978-83-cü illərdə). O, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına qəbul olmuş, 1996-cı ildə oranı aqranom və politexnik ixtisasları üzrə bitirmişdir.
    Kərəm kişi bir müddət klub müdiri, 1964-69-cu illərdə kolxoz komsomol komitəsinin katibi, 1974-cü ilədək isə kolxoz partiya təşkilatı katibi işləyib. 13 dəfə kənd, rayon, vilayət deputatı seçilib, 14 il Vilayət Ali məhkəməsinin üzvü olub. O, 1974-2009-cu illərdə Kosalar kənd İcra Nümayəndəsi vəzifəsində çalışmışdır. Bütün fəaliyyəti dövünrdə o, elinə bağlılığı ilə daim seçilmişdir. Kərəm kişi bu vəzifədə işlədiyi ilk illərdə Sovetliyin 5 ştat yeri olmuşdur. Sonralar yeni iş yerləri təşkil olunmuşdu ki, belə iş yerlərinin açılmasında onun da xidmətləri az olmamışdır.
    Bundan başqa, bir müddət Cəmilli kəndi də müvəqqəti olaraq Kosalar İcra Nümayəndəliyinə tabe edilmişdir. Burada da bir çox sosial obyektlərin təşkilində Kərəm kişi yaxından iştirak etmişdir.
    Fəaliyyəti dövründə göstərdiyi xidmətlərinə görə o, bir çox fəxri fərman və mükafatlarla təltif olunmuş, 1986-cı ildə “Əmək veteranı” medalı ilə, 2008-ci ildə “Dövlət qulluğunda fərqləndiyinə görə” medalı ilə təltif olunmuşdur.
    İstəkli oğlu, Kosaların igid döyüşçüsü, “Azərbaycan Bayrağı” ordenli Xəzani Əsgorovun şəhidliyi onu həyatda sarsıtsa da, həmişə şəhid oğlunun adı ilə qürur hissi keçirirdi. Düşmənə matəm salan Kosaları Qırxqızda qartal yuvasına bənzədən Kərəm kişi bu döyüşkən elin xəyanətə qurban getməsi ilə heç vaxt barışa bilmədi. Doğma yurdun həsrəti Kərəm Əsgərovun da ürəyində sağalmaz nisgilə dönmüşdü. Dövlətə və dövlətçiliyimizə sadiq olan Kərəm Əsgərov torpaqlarımızın işğaldan azad olunacağına ən çox inanan insanlardan biri idi. Təəssüf ki, torpaqlarımızın azadlığını görmək Kərəm Əsgərova qismət olmadı, o, 2014-cü ilin oktyabr ayının 13-də haqq dünyasına qovuşdu. Məzarı Göygöl rayonunun Aşıqlı kənd qəbiristanlığındadır.
    Bu gün torpaqlarımızın azad olunması ilə yurd həsrətilə dünyadan köçən insanlarımızın ruhları şaddır. Kərəm Əsgərovun da ruhu qəhrəman Kosalar kəndində - Yaəli zirvəsi üstündə şad pərvaz edir. Qədirbilən Kosalar camaatı da onun hər zaman rəhmətlə xatırlayır.
    Ruhu şad olsun.
    Qalib BƏYMƏMMƏDOĞLU
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi6 ay öncə
    İzlənib406 dəfə
    ruhun şad olsun kərəm kişi kosalar azaddır

    Maraqlı gələ bilər
    46
    50