Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şahmar Usubov Gəncədə səyyar qəbul-görüş keçirdi

0

  • Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2024-cü ilin iyun ayında vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən, iyunun 6-da Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə müvəqqəti məskunlaşan Xocalı rayon Kosalar kənd sakinləri ilə səyyar qəbul-görüş keçirdi.

    Görüşdə Şahmar Usubovla birgə, rayon prokuroru Əvəz Əliyev, rayon icra hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə rəhbərləri və sakinlər iştirak etdilər.

    Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev çıxış edərək sakinləri narahat edən ümumi məsələləri diqqətə çatdırdı. Qeyd etdi ki, sakinləri narahat edən ümumi məsələlər sırasında işğaldan azad olunmuş Kosalar kəndini ziyarət edə bilmək başlıca yer tutur.

    Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxışında bildirdi ki, artıq doğma torpaqlarımıza qayıdışdan, orada aparılan bərpa-quruculuq işlərindən danışırıq. Qayıdış prosesi mütəşəkkil formada davam etdirilir. Vətən müharibəsində əldə etdiyimiz Şanlı qələbədən, həmçinin antiterror tədbirlərindən danışan rayon rəhbəri diqqətə çatdırdı ki, artıq Xocalıya qayıdış olub, yaxın zamanda Malıbəyli və Kərkicahana da qayıdış olacaq. İnşallah az müddətdə bütün keçmiş məcburi köçkünlər öz doğma el-obalarına qayıdacaqlar.

    Sonda problemi olan sakinlər dinlənildi. Qaldırılan məsələlər əsasən Kosalar kəndini ziyarət, məskunlaşma zamanı əhalinin istəyinin nəzərə alınması və işlə bağlı oldu.

    İcra başçısı qəbulda iştirak edən sakinlərin qaldırdıqları problemləri dinləyərək öz münasibətini bildirdi.

    Görüş xoş ovqatla yekunlaşdı.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi4 ay öncə
    İzlənib286 dəfə
    Şahmar usubov

    Maraqlı gələ bilər
    22
    0