Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2023-cü ilin noyabr ayında vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən, noyabrın 3-də hal-hazırda Gəncə Regional Kollecinin Bayan 143A və C.Rəfibəyli 55 A küçələrində yerləşən yataqxanalarında və Gəncə Dövlət Universitetinin 2№li yataqxanasında müvəqqəti məskunlaşan Xankəndi və Kərkicahan qəsəbə sakinləri ilə səyyar qəbul-görüş keçirib.
Görüşdə Şahmar Usubovla birgə, rayon icra hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə rəhbərləri və sakinlər iştirak ediblər.
Xocalı rayon İHB-nın Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev çıxış edərək əvvəlcədən qaldırılaraq həllini tapmış məsələləri və sakinləri narahat edən mövcud problemləri səsləndirib.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov torpaqlarımızın azadlığı münasibətilə sakinləri təbrik edərək onlara doğma yurdlarında xoşbəxt həyat arzulayıb. Vətən müharibəsində əldə etdiyimiz Şanlı qələbədən, həmçinin antiterror tədbirlərindən danışan rayon rəhbəri bildirib ki, artıq xocalılar, xankəndililər də öz doğma torpaqlarına qayıdışa hazırlaşır.
Sonda problemi olan sakinlər dinlənilib.
İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib.