Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şahmar Usubov Kosalar kənd sakinləri ilə qayıdışla bağlı söhbət apardı

0

  • Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov oktyabrın 11-də Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə Xocalı rayon Kosalar kəndindən olan keçmiş məcburi köçkünlərlə görüş keçirdi. Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, dəmir yumruğu, rəşadətli ordumuzun hünəri, qəhrəman şəhidlərimizin şücaəti nəticəsində əldə etdiyimiz Böyük Zəfərdən danışdı. Mübarizəmizin məntiqi nəticəsi olaraq torpaqlarımızın suverenliyinin bərpa edildiyini qeyd edən Şahmar Usubov bunun xalqımız üçün ən böyük mənəvi sərvət olduğunu vurğuladı. Bildirdi ki, artıq qayıdış prosesi Kosalar sakinləri üçün başlamaq üzrədir. Kənd sakinləri üçün Xocalı rayonunun Ballıca kəndi nəzərdə tutulub. Qayıdış könüllülük prinsipi əsasında həyata keçiriləcək. Məskunlaşma zamanı əhalinin sosial rifahı, məşğuliyyəti, işlə təminatına dövlətimiz böyük dəstək göstərəcək.
    Diskussiya şəklində davan edən tədbirdə sakinlər qayıdışla bağlı onları narahat edən məsələləri, həmçinin öz təkliflərini səsləndirdilər.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib181 dəfə
    Şahmar usubov kosalar kənd sakinləri ilə görüşdə qayıdış bağlı söhbət apardı

    Maraqlı gələ bilər
    50
    11
    58