Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şəhidlərimizin ailə üzvləri Ankarada

0

  • “YAŞAT” Fondunun, "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə şəhid ailə üzvləri Ankaraya səfər ediblər.
    30 Avqust - Zəfər Bayramı ərəfəsində və “Tək millət, tək ürək” şüarı ilə reallaşdırılan təşəbbüs 2 sentyabr 2024-cü il tarixinədək davam edəcək.
    Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Mətin Gürak şəhidlərimizin ailələrini qəbul ediblər, ardınca dördüncü korpus komandiri nümayəndə heyəti ilə yemək masası ətrafında görüşüb. Layihə iştirakçıları üçün “Cumhuriyyət Külliyesi” kimi tanınan Prezident Sarayına ekskursiya təşkil olunub. 134 müxtəlif dildə 4 milyondan çox kitab və 120 milyon elektron nəşr kolleksiyası ilə Türkiyənin ən böyük kitabxanası hesab edilən Prezident Kitabxanası ziyarət olunub. Həmçinin Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin rəsmisi Zafər Balıkçı şəhid ailələri ilə şam yeməyinə qatılıb.
    Layihə Azərbaycan-Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətlərinə, eləcə də Azərbaycan-Türkiyə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunur.
    Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın, dostluğun və qardaşlığının bariz nümunəsi kimi belə layihələrin “YAŞAT” Fondu tərəfindən davamlı həyata keçirilməsi nəzərdə tutulur.

    Hazırladı: Mina RƏŞİD
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    Yerləşdirdi
    Yerləşdirildi1 ay öncə
    İzlənib9 dəfə
    Şəhidlərimizin ailə üzvləri Ankarada

    Maraqlı gələ bilər
    45
    52
    25