Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şəhidlərin xatirəsi Xocalıda ehtiramla anılıb

0

  • 27 Sentyabr – Anım Günündə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi Xocalıda da ehtiramla anılıb.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocalı rayonunda yerləşən şəhid məzarlığında Anım Gününə həsr olunmuş tədbir keçirilib. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də bu ərazilərdə fəaliyyət göstərən digər dövlət qurumlarının rəhbər işçilərinin, müəllim, tələbə və şagirdlərin iştirak etdiyi mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Çıxışlarda Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi, şəhidlərimizin ruhunun ehtiramla anıldığı, xatirələrinin uca tutulduğu vurğulanıb.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaRayon tədbirləri
    Yerləşdirdi
    Yerləşdirildi2 həft. öncə
    İzlənib6 dəfə
    Şəhidlərin xatirəsi Xocalıda ehtiramla anılıb

    Maraqlı gələ bilər
    182
    40
    42
    58
    0