Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Sertifikasiyadan keçən müəllimlərin məzuniyyət pulu necə hesablanacaq?

0

  • "Keçən il sertifikasiya imtahanından keçən müəllimlər məzuniyyət pulunu artım ilə birgə almalıdır".
    Bu sözləri publika.az-a sertifikasiyada uğur qazanan müəllimlərin məzuniyyət pulunun necə hesablanacağını şərh edən təhsil eksperti Elçin Əfəndiyev deyib.
    Ekspert bildirib ki, artım bu il sertifikasiya imtahanından keçən müəllimlərə şamil oluna bilməz:
    "Biz bilirik ki, məzuniyyət pulu iyun ayı üçün nəzərdə tutulur. Builki imtahan prosesi də iyun ayına təsadüf etdiyi üçün əlbəttə ki, onların məzuniyyət puluna sertifikasiya əlavə edilə bilməz. Sertifikasiya növbəti tədris ilindən, müəllimlər dərsə başladıqları zaman onların əməkhaqlarının üzərinə əlavə ediləcək. Kimlər ki, 51 baldan yuxarı toplayıb 35 faiz, 30 baldan yuxarı toplayanların əməkhaqqına isə 10 faiz əlavə olunacaq. Həmin vaxta qədər apellyasiya yekunlaşsa, qərar qəbul olunsa ki, bu müəllim sertifikasiyadan keçib o zaman hesablana bilər. Onların məzuniyyət dövrü 56 gündür".
    Elçin Əfəndiyev əlavə edib ki, sertifikasiyada uğur qazanan müəllimlərin məzuniyyət pulu təxminən avqust ayının sonlarına qədər hesablanıb verilə bilər: "Həmin dövrdə müəllimlərin sertifikasiyadan əldə etdikləri artım nəzərə alınacaq".
    xocalininsesi.az

    Mənbə: https://news.milli.az/educations/1215834.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi3 ay öncə
    İzlənib42 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    43
    83
    56