Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2023-cü ilin dekabr ayında vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən, 06.12.2023-cü il tarixdə əsasən Xocalı rayon Kosalar kənd sakinlərinin müvəqqəti məskunlaşdıqları Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə növbəti səyyar qəbul-görüş keçirdi.
Görüşdə Şahmar Usubovla birgə, Xocalı rayon prokuroru Əvəz Əliyev, idarə, müəssisə rəhbərləri və sakinlər iştirak etdilər.
Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev çıxış edərək qəsəbədə mövcud olan problemləri səsləndirdi.
Görüşdə çıxış edən Şahmar Usubov 44 günlük Vətən müharibəsində əldə etdiymiz qələbədən, həmçinin antiterror tədbirlərindən danışdı. Bildirdi ki, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində möhtəşəm Zəfərimizin memarıdır. Azərbaycanın yalnız öz gücünə, heç kimdən maliyyə yardımı almadan Qarabağı və Şərqi Zəngəzuru cənnət məkana çevirməsi, Böyük Qayıdış proqramını uğurla icra etməsi hər bir vətəndaşımıza fəxr, qürur hissi bəxş edir.
Rayonumuzun icra başçısı Kosalar camaatının doğma torpaqlarında yaşayarkən zəhmətkeş, mərd olduqları kimi köçkünlük həyatında da həmişə öz halal əməyi, zəhməti hesabına dolandıqlarını vurğuladı. Qayıdışla bağlı bütün hallarda kənd camaatının istəyinin nəzərə alınacağını bildirdi.
Sonra sakinlər qayıdışla bağlı məsələləri diqqətə çatdırdılar.
Sakinlərlə səmimi söhbət mühitində keçirilən görüş xoş ovqatla yekunlaşdı.