Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Simurq” kitabxanasına yeni kitablar hədiyyə olunub

5/5

  • Laçında “LaCinema” kinoteatrının nəzdində açılmış “Simurq” adlı kitabxanaya yeni kitablar hədiyyə olunub.
    Bu barədə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin sədri, yazıçı-publisist Nəzakət Əhmədova “Vətən səsi”nə məlumat verib. O, bildirib ki, Şuşa və Laçına olan bu səfərə DAMM-nin birinci vitse- prezidenti Ruhiyyə Poladova, vitse-prezidenti Ramil Məlikov, “Carçı” jurnalının təsisçi və baş redaktoru Gülnarə Əmirquliyeva ilə birlikdə çıxıb.
    Onlar əvvəlcə Şuşanı ziyarət edib, sonra Laçında bir sıra tədbirlərə qatılıblar.
    Nəzakət xanım bildirir ki, onun çox zəngin şəxsi kitabxanası var. Buna görə də kitablarından Laçına aparmağı özünə borc bilib və gələcəkdə də bu işi davam etdirmək niyyətindədir.
    N.Əhmədova onu da vurğuladı ki, əməkdaşı olduğu “Yazarlar” jurnalının baş redaktoru, tanınmış şair, yazıçı Zaur Uatac bu işdə daha çox təşəbbüskardır.

    Mina RƏŞİD


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməMədəniyyət
    KateqoriyaMədəniyyət xəbərləri
    Yerləşdirdi
    Yerləşdirildi3 ay öncə
    İzlənib60 dəfə
    “simurq” kitabxanasına yeni kitablar hədiyyə olunub

    Maraqlı gələ bilər
    45
    47
    48