Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şir ürəkli, dəmir biləkli Komandanım

5/5

  • 19 may 2024-cü il tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev “Qız qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi mərasimində iştirak etmişdir. İran-Azərbaycan tarixi qonşuluq əlaqələri olan dövlətlərdir. Biz bir çox beynəlxalq təşkilatlarda-Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda öz siyasətimizi, öz niyyətimizi ifadə edirik. Dosta dost, düşmənə yerini göstərmək bacarığına malik olan Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistanın otuz ilə yaxın bir müddət ərzində torpaqlarımızı işğal altında saxlamasını qeyd etdi. Bu işğal nəticəsində maddi-mədəni və tarixi sərvətlərimiz talan edilmişdir. ATƏT-in Minsk qrupu bu illər ərzində barışdırıcı və haqqı bərpaedici rolda çıxış etsə də, faktiki olaraq münaqişənin həlli üçün heç bir iş görməmişdir. Azərbaycan öz gücü ilə 2020-ci il 44 günlük müharibə, 2021, 2022-ci illər əməliyyatları və nəhayət 2023-cü il 19-20 sentyabr tarixində 24 saatdan az davam edən antiterror əməliyyatı ilə ərazi bütövlüyünü təmin etdi. Mənfur Ermənistan Azərbaycanın haqlı tələbi ilə razılaşdı. Azərbaycan ərazisində erməni separatizmi birdəfəlik və əbədi olaraq məhv edildi. Hal-hazırda İran-Azərbaycan arasındakı beynəlxalq yükdaşımaları normal qaydada davam etdirilir. Gələcəkdə Azərbaycan beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsində İranın qonşu və dost dövlət kimi iştirakını dəstəkləyir. Ermənistan qonşu dövlət kimi başa düşməlidir ki, uzaq xaricdəki havadarlarının anti Azərbaycan siyasəti onlara xeyir gətirməyəcək. Gözün aydın, Azərbaycan! Sərhədlərin bütövdür. Alqış, Müzəffər Ali Baş Komandan İlham Əliyevə. Vətənin dağı da, düzəni də, çayı da, daşı da Sizin üçün əzizdir, qiymətlidir. Allah Sizi qorusun.

    Aydın Həsənov,
    Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi4 ay öncə
    İzlənib153 dəfə
    prezident demir yumruq

    Maraqlı gələ bilər
    41
    55
    0
    53
    286