Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şirvan Suvarma kanalının çəkilişi ölkəmiz üçün olduqca əhəmiyyətli layihələrdən biridir

0

  • Yüksək texnologiyaların tətbiqi dünyada bir çox sferalarda insanların həyatında müəyyən müsbət tendensiyalar yaratsa da, təəssüflər olsun ki, son illər bəşəriyyəti düşündürən qlobal xarakterli problemlər də meydana gəlmişdir. 2020 - ci ildə bəşəriyyət dünyanı bürümüş pandemiya ilə mübarizə aparmış, itkilər verərək pandimiyadan xilas olmağı bacarmışdır. İnsanlar pandemiyanı geridə qoymağın sevincini geridə qoymağın sevincini yaşamağa macal tapmamış dünyanı müharibələr dalğası bürüməyə başladı. Bir növ bəşər övladının arzusu gözündə qaldı. Nə yazıq ki, ölkəmiz müharibələrdən də yan keçə bilmədi. Qarşımızda da torpaqlarımızın 20 faiaini işğal etmiş və 30 il ərazilərimizi işğal altında saxlayan məkrli düşmən dayanırdı. Pandemiya bəlasından qalibiyyətlə çıxan Azərbaycan qazandığı zəfərin üzərinə daha bir möhtəşəm zəfər qazandı. 2020 - ci ilin 27 sentyabrında mənfur düşmənin məkrli təxribatlarına qarşı əks hücum əməliyyatına başlayan Azərbaycan 44 günlük Vətən savaşında düşmən üzərində qəti qələbə qazanıb onu kapitulyasiya aktına imza atmağa məcbur etdi. Müharibədən sonra dərhal quruculuq işlərinə başlayan Azərbaycan, paralel olaraq bəşəriyəti düşündürən digər qlobal problemlərin həlli yollarının tapılmasında da fəal mövqe sərgiləməyə başladı. Ölkəmiz çevrəni çirkləndirən karbohidrogen qalıqları və sair kimi zərərli maddələrə qarşı ətraf mühitə heç bir zərəri toxunmayan yaşıl enerji resurslarından istifadəyə üstünlük verməyə başladı. Bu baxımdan hal - hazırda ölkəmizdə külək, günəş və su elektrik stansiyalarının tikintisi geniş vüsət almışdır.
    Bütün qeyd olunanlarla yanaşı, hələ ötən əsrin sonlarından etibarən bəşəriyyəti düşündürən daha bir problem, dünyada içməli və suvarma su ehtiyatlarının günbəgün azalması problemidir. Dünyanın bir çox ölkəsində, o cümlədən bütövlükdə Afrika qitəsində insanlar içməli su çatışmazlığından əziyyət çəkir. Ölkəmizdə içməli sudan korluq çəkən əhali qismi olmasa da, suvarma su ehtiyatlarının azalması müşahidə olunmaqdadır. Məhz bu baxımdan ölkədə içməli və suvarma su ehtiyatlarının idarə olunması və qorunması əsas prioritet məsələlərdən biri kimi ön plandadır. Aprelin 16 - da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şirvan su kanalının təməlqoyma mərasimində iştirak etmişdir. Ölkə Başçısı bu layihənin ölkəmiz üçün ən mühüm layihələrdən biri olduğunu qeyd etmişdir. Azərbayca Prezidenti qeyd etmişdir ki, Yuxarı Şirvan kanalı artıq öz istifadə müddətini tamamlamışdır. Ayrıca kanalın yatağı torpaqdan ibarət olduğu üçün su itkisi həddindən çox olur. Yeni kanalın üstünlükləri əvvəlkindən daha çoxdur . Əgər əvvəlki kanal uzunluğu 120 kilometr olmaqla 8 rayonun ərazisini əhatə edirdisə, yeni kanalın uzunluğu 200 kilometr olmaqla 10 rayonun ərazisindən keçəcək və 230 min hektar əkin sahəsinin suvarılmasında istifadə ediləcək. Kanalın daha bir üstünlüyü ondan ibarətdir ki, o, artıq qurumuş Hacıqabul gölünün də su ilə doldurulmasına xidmət edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi Şirvan su kanalının çəkilişi ölkəmiz üçün olduqca əhəmiyyətli layihələrdən biridir və gələcəkdə ölkə iqtisadiyyatının inkişafında mühüm rola malik olacaqdır. EldənizMəhərrəmov,
    Xocalı şəhər 3 nömrəli tam orta məktəbin direktoru
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib121 dəfə
    Şirvan Suvarma kanalının çəkilişi ölkəmiz üçün olduqca əhəmiyyətli layihələrdən biridir

    Maraqlı gələ bilər
    42
    55
    47