Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
SPECA - nın Bakı Sammiti bu təşkilatın Mərkəzi Asiya dövlətlərinin iqtisadi inkişafına böyük töhfələr verəcəyindən xəbər verir

0

  • Vətən müharibəsindəki möhtəşəm zəfərdən və 19 sentyabr Antiterror əməliyyatından sonra düşmən üzərində qəti qələbə qazanan Azərbaycan, artıq rahat nəfəs alır, ölkənin sosial - iqtisadi və siyasi inkişafı üçün müxtəlif yallar arayışındadır. Bu işlərin həyata keçirilməsində Vətən müharibəsində, müharibədən sonrakı quruculuq - bərpa işlərində olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin misilsiz xidmətlərini qeyd etməmək insafsızlıq olardı. ​ ​ ​ ​ ​ ​ ​ ​
    Cənubi Qafqazın lider dövləti olan Azərbaycan tez - tez ölkədə müxtəlif iqtisadi forumlara, sammitlərə və zirvə görüşlərinə ev sahibliyi edir. Belə tədbirlərdən biri də 2023 - cü ilin noyabr ayının 24-də Bakıda, Heydər Əliyev mərkəzində təşkil edilmişdir. Ölkəmizin paytaxtında bu dəfə BMT - nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA - nın 25 - ci ildönümünə həsr olunan Zirvə görüşü keçirildi . BMT - nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998 - ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyasının dəstəklənməsidir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Bu il SPECA - ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir. İlin sonunda bu təşkilata sədrlik Azərbaycandan Tacikistana keçib. Növbəti 19-cu SPECA sammiti Tacikistanın paytaxtı Düşəndə keçiriləcək. Bakıda keçirilən sammitdə Ölkə Başçısı İlham Əliyevin dəvəti ilə Üzv dövlətlərin dövlət və hökumət başçıları, o cümlədən Macarıstanın və Gürcüstanın dövlət başçıları qonaq qismində iştirak etmişlər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    SPECA - nın Bakıda keçirilən Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etmişdir. O, SPECA - nın Mərkəzi Asiya dövlətləri üçün əhəmiyyətli bir qurum olduğunu vurğuladı. Ölkə başçısı bu təşkilata üzv dövlətlərin heç bir ölkədən asılı olmadıqlarını, müstəqil​ siyasət yürütdüklərini qeyd etdi. O, bildirdi ki, elə ölkələr vardır ki, həmişə kiminsə vassalı,​ köləsi olmaqdan xüsusi zövq alırlar. Onlardan biri, birinci sırada gedəni Ermənistandır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Daha sonra Ölkə Başçısı qeyd etdi ki, müstəqilliyin ilk illərində yaranan situasiyadan istifadə edən Ermənistan, Azərbaycan ərazilərinin 20 faizini işğal etdi. Azərbaycan tərifinin torpaqların sülh yolu ilə işğaldan azad edilməsi üçün etdiyi bütün cəhdlər təəssüflər olsun ki, heç bir nəticə vermədi. İş o yerə çatdı ki, Ermənistanın müdafiə naziri ölkəmizin digər ərazilərini işğal etmək niyyətində olduqlarını bəyan edir, onların baş naziri isə "Qarabağ Ermənistandır" deməklə bütün cəhdlərin üzərindən xətt çəkirdi. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Artıq bütün çıxış yollarının qapandığını görən Azərbaycan 2020 - ci ilin noyabrında mənfur düşməni məğlub edib torpaqlarını işğaldan azad etdi. İndi azad edilmiş torpaqlarada geniş miqyaslı quruculuq işləri həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. 2026 - cı ilə qədər 140 000 nəfər keçmiş köçkünlər öz dədə - baba yurdlarına qayıdacaqlar. Azərbaycan Prezidenti qardaş köməyi olaraq Özbəkistan Respublikası tərəfindən Füzuli şəhərində inşa edilən məktəb və Qazaxıstan Respublikası tərəfindən inşa edilən Mədəniyyət Mərkəzi üçün həmin ölkələrin Dövlət Başçılarına bir daha təşəkkürünü bildirdi. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    SPECA - nın Bakı Sammiti bu təşkilatın Mərkəzi Asiya dövlətlərinin iqtisadi inkişafına böyük töhfələr verəcəyindən xəbər verir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    EldənizMəhərrəmov,
    Xocalı şəhər 3 nömrəli tam orta məktəbin direktoru
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməSiyasət
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi11 ay öncə
    İzlənib137 dəfə
    aze

    Maraqlı gələ bilər
    38
    55
    47