Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
SPECA-nın Zirvə görüşünün Bakıda keçirilməsi böyük əhəmiyyət kəsb edir

0

  • Noyabrın 24-də Bakıda Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün xüsusi Proqramının –SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi.
    Beynəlxalq əhəmiyyətli Zirvə görüşlərinin Azərbaycanda keçirilməsi artıq ənənə halını almışdır ki, bu da dövlətimizin beynəlxalq arenada nüfuzunun daha da artmasından xəbər verir. Azərbaycanın getdikcə hərtərəfli inkişaf etməsi , günü- gündən qüdrətlənməsi, regionda söz sahibinə çevrilməsi aparıcı dövlətlərin ölkəmizə olan etimad və etibarının artmasına gətirib çıxarmışdır.
    SPECA-nın 25-ci ildönümündə üzv dövlətlərin ilk Zirvə görüşünün məhz Azərbaycanın sədrliyi ilə Bakıda keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu görüş həm də Mərkəzi Asiya ölkələrinin bir araya gəlməsi baxımından da çox önəmlidir.
    Ümumiyyətlə, bütün bunlar, əlbəttə ki, Azərbaycanın apardığı ardıcıl siyasətin, nail olduğu siyasi sabitlik və müstəqil iqtisadiyyatın təzahürüdür. Prezident İlham Əliyevin Zirvə görüşündə çıxışı zamanı qeyd etdiyi kimi: “ Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr , münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkəmizdə isə sülh , sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir”.
    Ölkə başçımız çıxışı zamanı Mərkəzi Asiya ölkələri ilə Azərbaycanı çoxəsirlik tarixi və mədəni əlaqələrin bağlaması ilə yanaşı , nəqliyyat və logistika sahələrində mövcud əməkdaşlığımıza da toxundu.
    Yüksələn xətlə inkişaf edən münasibətlərin nəticəsidir ki, SPECA ölkələri işğaldan azad edilən ərazilərimizin bərpa və yenidənqurma işlərində bu gün yaxından iştirak edir.
    Cənab prezident İlham Əliyev qardaş Özbəkistan və Qazaxıstanın Azərbaycan xalqı üçün hədiyyə olaraq inşa etdiyi məktəb və yaradıcılıq mərkəzlərindən bəhs edərək , bu sahədə əməkdaşlığın daha da dərinləşməsi üçün əlavə tədbirlərin görüldüyünü qeyd etdi.
    Qarabağımızın cənnətə çevrilməsi istiqamətində görülən işlərə Mərkəzi Asiya ölkələrinin cəlb olunması həm Azərbaycana investisiya axınının həcmini artıraraq yeni əməkdaşlıq istiqamətləri açır, eləcə də Böyük Qayıdışın daha da sürətlənməsinə şərait yaradır.
    Əminik ki, Azərbaycan bundan sonra da beynəlxalq əhəmiyyətli Zirvə görüşlərinə və mötəbər tədbirlərə ev sahibliyi edərək ən yüksək zirvələri fəth edəcək.
    Yaşasın Azərbaycan!

    Zülfü Quliyev,
    Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi11 ay öncə
    İzlənib172 dəfə
    SPECA nın Zirvə görüşünün Bakıda keçirilməsi böyük əhəmiyyət kəsb edir

    Maraqlı gələ bilər
    44