Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Strateji müttəfiqliyimizin simvolu olan səfər

0

  • Azərbaycan hər zaman Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin tərəfdarı olub. Bu baxımdan da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən balanslı xarici siyasət ölkəmizə həm siyasi, həm də iqtisadi dividendlər qazandırıb. Bu kontekstdən çıxış edərək deyə bilərik ki, qonşu
    ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı mühüm əhəmiyyət daşıyır.
    Təsadüfi deyil ki, dövlətimizin başçısı çıxışlarında qonşu ölkələrlə
    münasibətlərin mehriban qonşuluq prinsipi çərçivəsində qurulduğunu daim qeyd edir. Çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan regional, həmçinin qlobal səviyyədə bir çox layihələrin açar ölkəsinə çevrilib. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizdən keçməsi və Rusiya rəhbərliyinin tranzit ölkə kimi məhz Azərbaycanı seçməsi bir daha Rusiya-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olmasından xəbər verir. Burada təbii ki, ölkə rəhbərlərinin şəxsi münasibətlərinin iki dövlət arasındakı əlaqələrə də müsbət təkan verdiyinin şahidiyik.
    Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana ikigünlük dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Rusiya dövlət başçısının Prezident İlham Əliyevlə görüşü, mətbuata birgə bəyanatlar, qəbul edilən sənədlər iki ölkə arasında münasibətlərin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir.
    Azərbaycanı, Rusiyanı birləşdirən bir sıra məqamlar var. Hər iki ölkə Sovet
    İttifaqının tərkib hissəsi olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müstəqil siyasət yürütməsi və milli maraqları çərçivəsində bütün tərəflərlə əməkdaşlığı Rusiyadan da yan keçməyib. Azərbaycanın həm
    Qərblə, həm də qonşu ölkələrlə, o cümlədən Rusiya ilə yaxşı əlaqələri
    mövcuddur. Ölkəmiz həm BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı və bir sıra digər beynəlxalq platformalarda fəal iştirak edir, həm də Avropa İttifaqı və Qərbin digər qurumları ilə əməkdaşlıq əlaqələrinə malikdir.
    Hələ 1997-ci ilin iyulunda ölkələrimiz arasında qarşılıqlı dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında müqavilə imzalanıb. Müxtəlif illərdə
    ikitərəfli qaydada müxtəlif sənədlər qəbul olunub. 2018-ci il sentyabrın 2-də Azərbaycan və Rusiya prezidentləri bəyanat imzaladılar. Təbii ki, bu prosesdən sonra İkinci Qarabağ müharibəsinin bir növ başlaması üçün Ermənistan əlindən gələni əsirgəmədi və “Qarabağ Azərbaycandır və
    nöqtə” deyən bu ölkənin baş naziri Nikol Paşinyana Prezident İlham Əliyev məhz Rusiyanın ev sahibliyi etdiyi Valday platforması vasitəsilə “Qarabağ Azərbaycandır və nida!” bəyanatı ilə cavab verdi. Azərbaycan öz Zəfəri ilCənubi Qafqazda söz sahibi olduğunu bəyan etdi, Qələbəsini hamıya göstərdi.
    Onu da qeyd etmək lazımdır ki, Vətən müharibəsində Azərbaycanın
    Zəfərini hamıdan əvvəl qəbul edən təbii ki, Rusiya oldu. BMT Təhlükəsizlik Şurasının üzvü və Cənubi Qafqazda Azərbaycanla böyük sərhədə malik Rusiya İkinci Qarabağ müharibəsinin nəticələrində marağı olan dövlətdir.
    Vətən müharibəsində düzgün siyasətin, məntiqi diplomatiyanın nəticəsi olaraq artıq Rusiyanı Ermənistanın yanında görmədik və Şimal qonşumuz bu mövzuda ədalətli mövqe nümayiş etdirdi. Beləliklə, Azərbaycan Cənubi Qafqazda əsas söz sahibi, dominant mövqeyə malik olduğunu bir da sübuta yetirdi. Müharibənin başa çatması ilə bağlı bəyanat da Rusiyanın iştirakı ilə imzalandı. Üçtərəfli qaydada bağlanmış razılaşma əsasında
    Rusiya da üzərinə bir sıra öhdəliklər götürdü. Bunlardan biri də Rusiya
    sülhməramlılarının bölgəyə yerləşdirilməsi idi. Təbii ki, 2022-ci il 22 fevral tarixli Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannaməni də unutmaq olmaz. Azərbaycan-Rusiya münasibətlərinin müttəfiqlik səviyyəsinə qalxmasını özündə əks etdirən və 43 bənddən ibarət olan bu sənəddə qarşılıqlı əməkdaşlıq məsələləri öz əksini tapır. Bəyannamənin 29-cu və 30-cu bəndlərində yer alan Şimal-Cənub dəhlizi, nəqliyyat, iqtisadiyyatla bağlı kommunikasiya əlaqələri hazırda hər iki ölkə üçün prioritet məsələlərdəndir.
    Ümidvarıq ki, Vladimir Putinin ölkəmizə səfəri Cənubi Qafqazda
    formalaşan yeni reallıqların, siyasi sabitliyin, təhlükəsizliyin təmin
    olunmasına, sülh prosesinin sürətlənməsinə öz töhfəsini verəcək.
    Sevda Məmmədova,
    Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi3 ay öncə
    İzlənib125 dəfə
    Strateji müttəfiqliyimizin simvolu olan səfər

    Maraqlı gələ bilər
    80
    47
    81