Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Sürücülərə CİDDİ XƏBƏRDARLIQ

0

  • Sinoptiklərin məlumatına görə, ölkənin dağlıq və dağətəyi rayonlarında qarlı və şaxtalı hava şəraitinin fevralın 21-dək davam edəcəyi gözlənilir. Xüsusilə səhər və axşam saatlarında havanın dumanlı, çiskinli olması, eləcə də yol örtüyünün buz bağlaması avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, sürüşmə ehtimalını da artırır.
    DİN-in Mətbuat Xidmətindən xocalininsesi.az-a bildirilib ki, belə yol şəraiti mövsümə uyğun təchiz edilməmiş, xüsusilə şinləri tələblərə cavab verməyən avtomobillərin sürücüləri üçün daha təhlükədir.
    "Unutmaq olmaz ki, avtomobil sürüşməyə başladıqda adətən sürücülərdə çaşqınlıq hissi yaranır ki, bu da idarəetmənin, ətraf mühitə reaksiyanın itirilməsinə və nəticədə toqquşma, aşma, və ya maneəyə vurma kimi qəzaların baş verməsinə zəmin yaradır.



    Dəyərli sürücülər! İnanırıq ki, yol və hava şəraiti, sürət həddi, avtomobillərin qışa hazırlıq səviyyəsi, eləcə də sizin təhlükəsizliyiniz üçün verilmiş digər tövsiyələrə əməl etməklə qış fəslinin gətirdiyi çətinliklərin öhdəsindən gələcək, doğmalarınıza nigaranlıq hissi yaşatmayacaqsınız", - nazirlikdən bildirilib.

    xocalininsesi.az
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1184006.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    YerləşdirdiQalib Quliyev
    Yerləşdirildi7 ay öncə
    İzlənib35 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    Maraqlı gələ bilər
    30
    86
    37
    48